Icma.az
close
up
RU
“RUSİYADAN BİZƏ MÜTTƏFİQ OLMAZ” “Bu davranışların arxasında ciddi ssenarilərin olduğu qənaəti yaranır...”

“RUSİYADAN BİZƏ MÜTTƏFİQ OLMAZ” “Bu davranışların arxasında ciddi ssenarilərin olduğu qənaəti yaranır...”

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Ötən il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Rusiyanın "Pantsir-S"hava hücumundan müdafiə sistemi tərəfindən vurulması nəticəsində baş verən faciəvi aviaqazada xeyli insan həlak oldu. Azərbaycan bu məsələnin beynalxalq normalar çərçivəsində çözülməsi,Rusiyanın məsuliyyəti öz üzərinə götürüb kompensasiya ödəməsi kimi ədalətli mövqeyini ortaya qoydu.Lakin Rusiya tərəfi bu hadisəyə görə məsuliyyəti öz üzərinə götürmək əvəzinə, əvvəlcə primitiv manupulyasiyalarla məsuliyyətdən yayınma yolunu tutdu. Sonra Rusiyanın yox, Azərbaycan tərəfinin Rusiyadan üzr istəməli olduğu kimi gülünc tezisləri dövriyyəyə buraxdı”.

“AzPolitika” bildirir ki, bu fikirləri Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli bildirib.

Deputat xatırladır ki, son günlər Rusiya mediası vasitəsilə və Dövlət Dumasında hakim partiyanı təmsil edən deputatların dili ilə Azərbaycana qarşı bir təhdid, təhqir, təzyiq və aşağılama kampaniyaya başlayıb.

Onun sözlərinə görə, bu kampaniyanin əsas tezisləri yenə də Rusiyanın şovinizmlə yoğrulmuş imperiya ambisiyasından qaynaqlanan “həmin dalğa-həmin koordinat” məsələsidir.

“Bu yolla Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, Rusiyada yaşayan soydaşlarımıza qarşı məkrli kampaniyani ictimailəşdirmək istəyirlər”, - o, qeyd edib.

Ə.Məsimli hesab edir ki, Rusiya, AZAL-ın təyyarəsini vurması ilə bağlı Azərbaycanın haqlı möveyini anlayışla qarşılamaq, həqiqətin üzə çıxması üçün şəffaf araşdırmada maraqlı olmaq, məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını təmin etməyə və kompensasiya ödəməyə hazır olduğunu bəyan etmək əvəzinə, ölkəmizə qarşı başladığı kampaniyanın mövzu və mahiyyəti göstərir ki, AZAL-ın təyyarəsinin vurması ilə bağlı olaylar Rusiyanın Azərbaycana qarşı məkrli niyyətinin yalnız görünən tərəfidir.

“Azərbaycan daxil, postsovet məkanna aid ölkələrə münasibətdə sərgilədiyi ənənəvi, tipik davranışlardan qaynaqlanan tarixi səhvinin növbəti təkrarıdır”, - deputat vurğulayıb.

Əli Məsimli bildirir ki, Rusiyanın təyyarə qəzasının faciəvi nəticələrinə görə məsuliyyətdən yayınma cəhdləri və üstəlik Azərbaycana qarşı qərəzli mövqe sərgiləməsini informasiya müharibəsi səviyyəsinə qaldırması iki ölkə arasında münasibətlərin getdikcə gərginləşməsinə xidmət edir və həm də bunun arxasında ciddi ssenarilərin olduğu qənətini ortaya qoyur: “Rusiyanın Azərbaycana qarşı təzyiq və təhdidləri bu ölkənin sivil münüsibətlər çərçivəsində davranan ölkə olmadığını bir daha bütün dünyaya nümayiş etdirir. Rusiyaın davranışları Azərbaycanın ikinci Qarabağ müharibəsindən sonra regionunuzda yaratdığı yeni situasiyanın təsiri ilə Cənubi Qafqazda formalaşmağa başlayan yeni regional arxitektiranın sabitsizləşdirilməsinə xidmət edir, Ermənistanın Azərbaycana qarşı təxribatlarına yol açır. Bu, həm də Rusiyanın regionumuzda itirdiyi mövqenin yenidən bərpası cəhdinin işartılarıdır”.

Moskvanın təzyiq vasitəsi kimi növbəti dəfə miqrant amilindən istifadə etdiyini xatırladan Məsimli, Rusiyada olan soydaşlarımıza qarşı təzyiqlərin, çirkin kampaniyanın getdikcə gücləndiyini xatırladır: “Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevin dili ilə təhqirlərlə müşayət olunmuş formada Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılması, iş adamlarının biznesinin məhdudlaşdırılması, bu ölkə ərazisində yaşayan azərbaycanlı miqrantların qovulması, vərəndaşlığı olan azərbaycanlıların isə hərbi uçota alınaraq Ukrayna ilə müharibəyə göndərilməsi təklif edilir. Rusiyanın Qərbin sanksiyalara məruz qalmaqla getdikcə zəiflədiyi və getdikcə daha çox dərəcədə təklənməyə doğru getdiyi bir şəraitdə onun təsərrüfatının həyatı əhəmiyyət kəsb edən sahələrinin hələ də ayaqda qalmasında miqrantların rolu çox böyükdür. Ona görə də Rusiyanın Azərbaycana qarşı bu qərəzli mövqeyi, təhdidlər və şovinist xarakterli çağırışlar bumeraq effekti verib, onun təkcə Azərbaycanla yox, əksər MDB ölkələri ilə münsibətlərdəki soyuqluğun daha da artmasına gətirib çıxarmaqla, daha çox onun özünə qarşı çevriləcək, onsuz da daralmış nəfəsliklərini daha da daraldacaq”.

Deputat vurğulayır ki, Rusiyanın davranışları növbəti dəfə göstərdi ki, Rusiyadan bizə, ümumiyyətlə postsovet məkanına aid olan yeni müstəqil dövlərlərin heç birinə strateji müttəfiq olmaz.

“Ona görə ki, bunun üçün Rusiya gərək özünü fikirdə, sözdə və əməldə etibarlı müttəfiq olmaq bacarığını nümayiş etdirə bilsin. Hələlik, Rusiya bunu heç bir postsovet ölkəsinə münasibətdə davamlı şəkildə nümayiş etdirə bilməyib. Ona görə də Rusiya ilə yalnz dövlət maraqları üst-üstə düşən zaman kəsiklərində və konkret situasiyalarla bağlı bir müddət birgə addımlamaq, tərəfdaşlıq etmək olar... Qalan vaxtlarda bütün ölkələrə münasibətdə olduğu kimi, Rusiyaya da münasibətdə qarşılıqlı hörmət, qarşılıqlı etimad və qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanan bərabərhüquqlu əməkdaşlıq münasibətləri əsas götürülməlidir”, - o, qeyd edib.

Milli Məlisin üzvü hesab edir ki, yaxın vaxtlarda Rusiyada Azırbaycana qarşı yönəlmiş qızışdırıcı çıxışların sadəcə “nəbz yoxlmasıı” xarakteri daşıdığı, yoxsa, Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsinə hesablanan ssenarinin tərkib hissəsi olduğu aydınlaşacaq: “Əgər “nəbz yoxlaması” xarakteri daşıyırsa, onda bu, təyyarə qəzası ətafındakı müzakirələrin hələ bir müddət qeyri-müəyyən vəziyyətdə qalmasına aparır. Sonra isə müəyyən qədər pozitiv bir sonluqla nəticələnməsinə ümid etmək olar. Yox, əgər Rusiya bu gərginliyi daha da dərinləşdirmək yolunu davam etdirsə, deməli Rusiyanın məkrli ssenarisi ilə getdikcə artan bu gərginliyin pik nöqtəsi hələ qabaqdadır. Bu halda Rusiyanın ata biləcəyi addımların bir hissəsi, xüsusən də orada yaşayan soydaşlarımızla, ticari-iqtisadi əlaqələrlə bağlı ata biləcəyi addımlar xeyli dərəcədə məlumdur və təbii ki, ona hazır olmalıyıq”.

Əli Məsimli daha sonra təkliflərini açıqlayıb. Onun sözlərinə görə, Rusiya təzyiqləri artırmaq yolu tutduğu təqdirdə, bu qarşıdurmadan uğurla çıxmaqdan ötrü 5 prinsipin əsas götürülməsini vacib hesab edir:

“-44 günlük Vətən müharibəsində qələbəmizin rəhni olan milli birliyimizi,həmrəyliyimizi daha parlaq şəkildə nümayiş etdirmək;

-Rusiyanın başladığı bu təhdid və təzyiqlər qarşısında geri çəkilməmək və Azərbaycanın beynəlxalq normalara və ədalətə əsaslanan mövqeyinin müdafiəsini davam etdirmək;

-Ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqına qarşı fəaliyyət göstərən zatulinlərə, valuyevlərə və Rusiyadan ölkəmizə hədyanlar yağdıran digərlərinə qarşı ölkəmizin qanunvericiliyi çərçivəsində bundan sonra da müvafiq addımlar atmaq və onların təkcə Azərbaycan yox, bəşəriyyət üçün “arzuolunmaz şəxslər” olduğunu beynəlxalq ictimaiyyətə çatdırmaq;

-Bizə dost olan ölkələrlə münasibətlərimizi dada da gücləndirmək;

-Azərbaycan dövlətinin timsalında bu məsələdə tutulmuş prinsipial mövqeli yolu ölçülü-biçili, təmkinlə davam etdirmək və cəmiyyətin ona fəal vətəndaş mövqeli dəstəyini daha da güclənmək”.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Fevral 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niyə uşaqlar ataya daha çox BƏNZƏYİR

31 Avqust 2025 02:36see221

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see212

Formula 1 : Niderland Qran prisində gözlənilməz qonaq

31 Avqust 2025 03:02see155

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see139

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see131

Onlayn tanışlıq ətrafında dolaşan bir sıra miflər

31 Avqust 2025 06:32see128

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see125

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see124

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see124

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see122

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see122

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see121

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see121

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see119

Mançester Yunayted dən Vilyarreal a

31 Avqust 2025 12:49see118

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see117

Azərbaycan Prezidentinin köməkçisi: Azərbaycan dialoq tərəfdaşı kimi ŞƏT lə sıx əməkdaşlıq edir

31 Avqust 2025 09:25see117

Liqa 1:PSJ 9 qollu görüşdən qalib ayrıldı

31 Avqust 2025 02:25see115

Mehmed Fetihler Sultanı nda yeni sima Foto

31 Avqust 2025 10:38see115

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri