Rusiyadan deportasiya olunanların sayında ciddi azalma
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
2025-ci ildə Perm vilayətindən 247 xarici vətəndaş deportasiya olunub. Bu göstərici ötən illə müqayisədə demək olar ki, 2,5 dəfə azdır.
Bakupsot.az xəbər verir ki, bu barədə Perm vilayəti üzrə Federal Məhkəmə İcraçıları Xidməti məlumat yayıb.
Çıxarılanların çoxu Tacikistan vətəndaşlarıdır. İkinci yerdə Özbəkistandan olanlar qərarlaşıb. Həmçinin vilayət ərazisində keçmiş sovet respublikalarından - Türkmənistan, Azərbaycan, Qırğızıstan, Ermənistan, Qazaxıstan və Moldovadan gələnlərin də qanunsuz yaşadığı müəyyən edilib. Bundan başqa, Nigeriya, Mərakeş, İraq, Hindistan, Kuba və Çin kimi uzaq xarici ölkələrin vətəndaşları da məcburi qaydada öz ölkələrinə göndərilib.
Bundan əvvəl Perm məhkəmələri çıxarılan bütün şəxsləri Rusiya Federasiyasına giriş və ölkədə qalma qaydalarını pozmaqda təqsirli bilib. Məhkəmə İcraçıları Xidmətinin Perm vilayəti üzrə xüsusi təyinatlı şöbəsinin əməkdaşları barələrində deportasiya qərarı verilənləri dövlət sərhədində yerləşən buraxılış məntəqələrinə qədər müşayiət edərək onları Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti əməkdaşlarına təhvil veriblər.
Həmin şəxslərin pasportlarına ölkədən çıxarılma barədə möhür vurulub və miqrasiya qanunvericiliyini pozan şəxslər üçün beş il müddətinə Rusiyaya giriş qadağan edilib.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Rusiyadan Azərbaycana gəlmək istəyən turistlərin sayında ciddi azalma yoxdur
05 İyul 2025 21:26
Əcnəbilər Rusiyadan deportasiya ediləcək
10 Sentyabr 2025 08:59
Azərbaycanlılar Rusiyadan deportasiya olundu
02 Sentyabr 2025 12:06
Miqrantlar Rusiyadan deportasiya olunacaq
06 Fevral 2025 13:19
Miqrantlar Moskvadan ÇIXARILIR Deportasiya olunanların sayında KƏSKİN ARTIM
15 Avqust 2026 22:15
Baxış sayı:181
Bu xəbər 25 Fevral 2026 19:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















