Icma.az
close
up
RU
Putinin üzrxahlığının PƏRDƏARXASI: Kremlin planı nədir?

Putinin üzrxahlığının PƏRDƏARXASI: Kremlin planı nədir?

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Putinin təyyarənin vurulmasına görə Əliyevə üzrxahlıq zəngindən sonra iki məsələ müzakirə mövzusuna çevrilib:

1. Rusiya təyyarənin vurulmasına görə məsuliyyəti üzərinə götürmədi;

2. Günahkarların cəzalandırılması və kompensasiya məsələsi gündəmdə deyil;

Və bu kontekstdə Putinin üzrxahlığı ictimai rəydə birmənalı qarşılanmır.

Globalinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.

“Əslində Rusiya nəinki məsuliyyəti üzərinə götürməkdə və digər məsələlərdə, həm də üzrxahlıqda maraqlı deyildi. Sadəcə olaraq, fakt qarşısında qaldı və bunda iki məqam xüsusilə rol oynadı: rəsmi Bakının məsələnin üzərinə getməsi və Rusiya üçün Azərbaycanla münasibətlərin mənfi məcraya yönəlməsinin ziyanlı perspektivləri; Mövcud situasiyada Rusiyanın məsuliyyəti üzərinə götürməməsinə texniki aspektdən yanaşmaq olar. Çünki təyyarənin vurulması ilə bağlı istintaq gedir və Moskva yekun nəticə olmadan məsuliyyəti üzərinə götürmək niyyətində deyil. Nəticənin müəyyən qədər də olsa öz maraqlarına uyğunlaşdırmağa, xüsusilə Qroznıya PUA hücumu edən Ukraynanın ittiham altında qoyulmasına cəhd edəcəkləri də istisna edilməməlidir.

– Putinin Əliyevə zəngi ilə bağlı Kremlin rəsmi məlumatındakı “Təyyarə dəfələrlə Qroznıya enməyə cəhd edib, lakin Çeçenistan paytaxtı, eləcə də Mozdok və Vladiqafqaz şəhərləri PUA hücumuna məruz qalıb, Rusiya hava hücumundan müdafiə sistemləri hücumları dəf edib” qeydi,

– Putinin Əliyevdən sonra Tokayevə zəngi və “araşdırmanın şəffaf və obyektiv aparılmasına dair razılıq əldə olunması” Moskvanın Kiyevi günahkar göstərmək, yaxud yekunda ən azı məsuliyyəti bölüşdürmək niyyətindən xəbər verir.

Lakin artıq təyyarənin “duman”, yaxud digər uydurma səbəblərə görə qəzaya uğraması iddiasından əl çəkən Rusiya vurulma faktı ilə razılaşır. Putinin “sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması” qeydi də bunun etirafıdır. Bu baxımdan, “hadisənin Rusiya səmasında baş verdiyi üçün üzr istəyən” Putin vurulma faktını – məsuliyyəti qəbul edir, hərçənd, Ukraynanı da günahlandıra bilmək ümidi ilə istintaqın yekununu gözləyir”.

Ekspertin sözlərinə görə, günahkarların cəzalandırılması məsələsində də müəyyən addımların atıldığını demək mümkündür.

1. Rusiyada Cinayət Məcəlləsinin 263-cü (hərəkətin təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması) maddəsi ilə cinayət işi açılıb;

2. Çeçenistana gedən Azərbaycan Baş Prokurorluğunun əməkdaşları rusiyalı prokurorlarla birlikdə istintaqda iştirak edir;

Kompensasiya məsələsi isə bütün prosesin yekununda – istintaqın nəticəsindən sonra aktuallaşacaq. Təbii ki, Rusiya bunların heç birində maraqlı deyil, lakin istəməsələr belə üzrxahlıq etməyə məcbur oldularsa, günahkarların cəzalandırılması, kompensasiyanın ödənilməsi də qəbul edəcəklər. Bakı istintaqın gedişini nəzarətdə saxlayır”.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Dekabr 2024 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri