Rusiyadan Ermənistana mesaj Paşinyan səhv edir, çalışır ki...
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Ermənistanın Baş naziri Nikol Paşinyanın tərəfdarlarını Eçmiədzin Ana taxtına toplaşmağa və bütün ermənilərin katolikosu II Qareginin iqamətgahını faktiki ələ keçirməyə çağırması kilsəni dəyərdən salacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan deyib.
“Bu, Paşinyanın strateji səhvi olacaq. O, dindar olduğunu deyir, amma həqiqətən belədirsə, heç vaxt özünün və başqalarının kilsəni dəyərdən salmasına icazə verməz”, – deyə o bildirib.
Abrahamyanın sözlərinə görə, Paşinyan bu cür hərəkətləri ilə cəmiyyəti manipulyasiya edir, müxtəlif dini baxışlara malik insanları bir-birinə qarşı qoymağa çalışır:
“Mən kilsənin, imanın tərəfdarıyam, dindar adamam, İrəvandakı Rus Pravoslav Kilsəsi də daxil olmaqla, bütün dünyada onlarla kilsə tikmişəm”.
Əliyar Xəlil
Globalinfo.az


