Icma.az
close
up
RU
Rusiyadan kəndə gələn qonağın söyüşə görə başına iş gəldi TƏFƏRRÜAT

Rusiyadan kəndə gələn qonağın söyüşə görə başına iş gəldi TƏFƏRRÜAT

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şabran rayonunda 1956-cı il təvəllüdlü Sadiq sərxoş vəziyyətdə Ədalət Nurullayevi bıçaqlayıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2023-cü ilin sentyabrın 20-də rayonun Düzbilici kəndində baş verib. Sadiq həmin gün saat 23 radələrində özünə məxsus fərdi yaşayış evinin həyətində tanışı Ədalət ilə aralarında yaranmış mübahisə zəminində masanın üzərində olan bıçağı götürərək onun qarın nahiyəsinə bir dəfə vurub. 
Sadiqin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Sadiq elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisədən sonra başında ağır zədələnmə olduğundan yaddaşını itirib. Onun sözlərinə görə, hadisə ilə bağlı heç nə yadına gəlmir. Qeyd edib ki, Ədalət Nurullayev hadisəni necə danışıbsa, olduğu kimidir, Nurullayev ilə çoxdan barışıblar.
Zərərçəkmiş Ədalətin sözlərinə görə, hadisə 20 sentyabr 2024-cü ildə baş verib: “Mən özüm Rusiyada yaşayıram. Həmin vaxt kəndə yasa başsağlığı verməyə gəlmişdim. Sadiq ilə qonşu olmuşuq. Bizim evimizin arasından yol keçirdi. Onunla heç vaxt düşmənçiliyim olmayıb. Hadisə günü gördüm ki, içkili halda mənə tərəf gəlir. Həmin zaman Şahid adlı şəxs hadisə yerində olub. Təqsirləndirilən şəxs içkili olub, söyüş söyüb. Daha sonra mən də onu söydüm. Sadiq mənə bir bıçaq zərbəsi vurdu. O, da əsəbiləşdi, məni yaraladı”.
İş üzrə ifadə verən Şahidin sözlərinə görə, 2023-cü ilin sentyabrın 20-də tanışı Sadiq adlı şəxs ona zəng edib və Şabran rayonuna gəldiyini, onunla birgə Şabran rayonu Nohurlar kəndində yeyib-içməyə gedəcəyini bildirib: “Bir neçə saat sonra Sadiq Şabran rayonuna gəldi və bizi Şabran rayon mərkəzi bazarından bazarlıq etdik, Sadiqin Düzbilici kəndində yerləşən evinə getdik. Evin həyətində manqal qaladıq, Sadiqlə yeyib-içməyə başladıqdan bir az sonra Sadiqin bacanağı Mikayıl adlı şəxs də bizim yanımıza gəldi. Mikayıl bir qədər mənimlə süfrə arxasında oturduqdan sonra işlərinin olduğunu deyərək getdi. Biz isə Sadiqlə içki içməyə davam etdik. Axşam saat təxminən 23 radələrində Sadiqin evinə tanımadığım, sonradan adının Ədalət olduğunu öyrəndiyim bir nəfər şəxs gəldi. Həmin vaxt biz Sadiqlə ikimiz evdə televizora baxırdıq. Ədalət evə daxil olduqdan sonra Sadiq ilə söhbət etməyə başladı. Bir qədər sonra onlar hansısa bir məsələni müzakirə etdlər. Mən də onlara istirahət etdiyimi, məni narahat etməmək üçün çölə çıxmaqlarını bildirdim. Bundan sonra biz evin həyətinə çıxdıq. Bir neçə dəqiqə sonra isə Ədalətin qışqırıq səsini eşitdim və evin həyətinə çıxdıq. Çölə çıxan zaman Ədalətin qarın nahiyəsindən qan gəldiyini gördüm və dərhal evə daxil olaraq döşəyin üzünü götürərək Ədalətin yana gəldik. Həmin üzlük ilə onun qarnını bağladıq. Ədalət ilə bundan sonra Sadiqin üzərinə getdik, onun sifət nahiyəsindən yumruqla vurmağa başladıq. Sadiq mənim zərbəmdən yerə yıxıldı. Ədalət Sadiqin yerə yıxılmasından sonra onun sifət və baş nahiyəsindən təpiklə də vurmağa başladı. Mən onları ayırmağa çalışsam da, onları ayıra bilmədim. Ədalət Sadiqi bir qədər döydükdən sonra ondan əl çəkdi. Bundan sonra Sadiqi oradan götürərək evə gətirdim. Yerdə uzadaraq üzərini örtdüm. Daha sonra Sadiqin qohumu Mikayıl adlı şəxsə zəng etdim və təcili tibbi yardım çağırmasını bildirdim. Bir qədər sonra təcili tibbi yardım gəldi”.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sadiq 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Hökmdən narazı qalan məhkum edilmiş şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, hökmün ləğv edilməsi, təqsirliliyi sübuta yetirilmədiyindən Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılmasını xahiş edib. 
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə məhkum edilmiş şəxsin apellyasiya şikayəti təmin edilməyib. Amma birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. O, həbsdən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Fevral 2026 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri