Icma.az
close
up
RU
Bakıda güləşçi söyüşə görə öldürüldü: QARA X5 , bir şüşə araq... TƏFƏRRÜAT

Bakıda güləşçi söyüşə görə öldürüldü: QARA X5 , bir şüşə araq... TƏFƏRRÜAT

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

CİNAYƏT İŞİ

Qısa arayış...

2017-ci il iyunun 24-də Bakının Nərimanov rayonu ərazisində bıçaqlanma hadisəsi olur. 1981-ci il təvəllüdlü Elçin Tapdıqov ağır vəziyyətdə yerləşdirildiyi Kliniki Tibbi Mərkəzdə ölür. Həmin gün cinayəti törədən 1982-ci il təvəllüdlü Loğman Alıyev rayon Polis İdarəsinə gələrək, təslim olub.
Hadisə ilə bağlı media resurslarında informasiya yayılıb ki, Elçin Tapdıqov idarə etdiyi “BMW” markalı avtomobilində qohumu tərəfindən öldürülüb. Mərhumun güləş idman növü ilə məşğul olması bildirilib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, iyunun 24-ü gecə saat 3 radələrində Əliəşrəf Əlizadə küçəsi, 35 ünvanında yerləşən çay evində Loğman Alıyev qonşuları Samir Hacıyev və Kamil Heybətovla pivə içib. Əvvəllər dostluq etdiyi, lakin sonradan münasibətləri pisləşmiş Elçin Tapdıqov özünə məxsus BMW “X5” markalı avtomobillə obyektin qarşısından keçərkən, onları görüb ünvansız söyüş söyüb. Elçin Tapdıqovun nalayiq ifadələrini şəxsən özünün ünvanına işlədildiyini düşünən Loğman Alıyev çağırıb, ondan dayanmasını tələb edib. Elçinə yaxınlaşan Loğman avtomobildən düşməsini və münasibətlərini aydınlaşdırmaqdan ötrü kənar şəxslərin olmadığı yerə getmələrini bildirib. Loğman maşından çıxan Elçinlə birlikdə, həmin küçədə, 32 nömrəli evin qarşısına gəliblər. Söyüş söyməsindən qəzəblənən Loğman, üzərindəki bıçaqla ardıcıl zərbələr vuraraq, Elçini yerə yıxıb. Dərhal sonra üzərinə çıxaraq, Tapdıqovun bədənin müxtəlif nahiyyələrinə xəsarətlər yetirməkdə davam edib. Nəticədə zərərçəkən dünyasını dəyişib.


İş üzrə dindirilmiş Loğman Alıyev bildirib ki, Elçin Tapdıqovla uşaqlıqdan eyni məhələdə yaşayıblar. Aralarındakı narazılığa görə, təxminən 2 ay əvvəl münasibətləri soyuyub və ondan sonra demək olar ki görüşməyiblər:

“İyunun 23-ü saat 22 radələrində yaşadığım evin yaxınlığındakı kafeyə gedərək, yol kənarında olan masada əyləşib özümə pivə sifariş verdim. 1 saatdan sonra məhəllədə yaşayan Samir və Kamil həmin obyektə gələndə, onları əyləşdiyim masaya dəvət etdim. Ayın 24-ü saat 3 radələrində Elçin idarə etdiyi avtomobillə hərəkət edərkən, bizi görüb, maşını oturduğumuz masaya yaxın yerdə saxladı. Maşından çıxmadan nalayiq ifadələr işlədib və yoluna davam edib. Həmin vaxt Elçinin yanında 2-3 nəfər vardı, qaranlıq olduğundan üzlərini dəqiq görə bilmədim. Elçinin nalayiq ifadəsindən əsəbləşdiyimdən əlaqə saxlayıb görüşmək və bu məsələyə aydınlıq gətirmək istədim. Amma tanışımın telefon nömrəsi məndə yox idi. Bu zaman, Elçinin təkrarən həmin əraziyə qayıtdığını görüb, maşına yaxınlaşdım və ona “düş aşağı, 1-2 kəlmə sözüm var sənə” söylədim.

Tapdıqov da etiraz etməyərək, mühərriki söndürdü və avtomobildən düşdü. 15-20 metr kənara çəkiləndən sonra söyüş söyməsinin səbəbini soruşanda, Elçin “yaxşı etmişəm” deyib, yenidən nalayiq ifadə işlətdi və hər iki əli ilə yaxamdan tutaraq, gözləmədiyim halda başı ilə üzümə zərbə vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Fiziki cəhətdən məndən güclü olan Elçinin zərbələrindən yayınmaq üçün bıçaqla ona xəsarətlər yetirdim. Sonra Samir, Kamil və Asim adlı şəxslər yaxınlaşaraq, bizi ayırdılar. Elçin öz avtomobilinə doğru getdi. Bıçağı qatlayıb cibimə qoyaraq, qardaşım Əfqana zəng edib ona çölə çıxmasını dedim. Əfqana Elçinlə dava etdiyimi bildirərək, məni qardaşım Nağıgilə aparmasını xahiş etdim. Nağı məndən nə baş verdiyini soruşanda bıçağı çıxarıb ona verdim. Bir müddətdən sonra Əfqan zəng vurub polislərin məni axtardıqlarını xəbər verdi. Buna görə, könüllü Nağı ilə birlikdə polisə getdim”.


Zərərçəkmiş şəxsin hüquqi varisi Fariz Tapdıqlı ifadəsində göstərib ki, qardaşı Elçin hadisədən bir müddət əvvəl ailə həyatı qurub, bir övladı olub:

“Loğman Alıyevi qiyabi tanıyırdım. Elçinlə Loğmanın münasibəti əvvələr normal olsa da, eşitdiyimə görə sonradan korlanıb. Amma səbəbini dəqiq bilmirəm. İyunun 24-ü səhər saat 4 radələrində qardaşım Mayis mənə zəng edərək, Elçinin bıçaqlanması və evlərində olması haqda məlumat verdi. Dərhal paltarlarımı geyinib şəxsi maşınımla hərəkətdə olarkən, qardaşım zəng edib artıq Kliniki Tibbi Mərkəzdə olduqlarını dedi. Xəstəxanaya çatandan bir müddət sonra həkim Elçinin öldüyünü bildirdi. Qardaşımın meyitini görmək istəsək də, bizə icazə verilmədi. Xəstəxananın həyətində olan Asim İsmayılov bizə dedi ki, Elçini Loğman bıçaqlayıb. Qardaşımın meyitini patoloji anatomiya şöbəsindən təhvil alandan sonra, onu Mehdiabad qəbiristanlığında dəfn etdik”.
Şahid Asim İsmayılov ifadəsində göstərib ki, iyunun 23-də Təbriz küçəsində yerləşən kafedə yemək yeyərkən bir şüşə araq içiblər. Gecə saat 2-də ordan çıxıb Elçinin idarə etdiyi avtomobillə Əliəşrəf Əlizadə küçəsi ilə evə tərəf gediblər:

“Loğmanın iki nəfərlə yolun kənarında oturduqlarını görən Elçin maşının surətini azaldaraq, dayandı və onlara tərəf baxıb söyüş söydü. Sonra isə gülə-gülə maşını sürdü. Bu zaman kimsə arxadan qışqırdı. Yan güzgüyə baxanda, gördüm ki, Elçini çağıran Loğmandır. Elçin “fırlanıb qayıdım, görüm nə istəyir?” dedi. Geri qayıtdığını görüb, ona dedim ki, “yeyib-içmişik, kefimiz yaxşıdı, sür çıxıb gedək evimizə”. Həmin yerə çatandan sonra, Elçin maşından düşməməyimi, Loğmanla söhbət edib, qayıdacağını bildirdi. 5-6 dəqiqədən sonra qışqırıq səslərini eşidib onların getdikləri istiqamətdə qaçdım. Elçin arxası üstə yerdə uzanıqlı vəziyyətdə, Loğman isə onun üzərində idi, bir-birinə zərbələr vururdular. Arxadan Loğmanı tutub dartdım ki, Elçindən əl çəksin. Samirlə Kamil də yaxınlaşaraq, dalaşanları aralamağa çalışdıq. Elçinin əllərindən və qolundan qan gəldiyini görüb onu maşına tərəf apardım. Özüm sükan arxasına keçib, Elçinin yaşadığı evin qarşısına gəldim. Maşından çıxıb, qışqıraraq qapını döydüm. Elçinin qardaşı Mais qapını açanda, ona hadisəni danışdım. Sonra birlikdə yolun əks istiqamətində olan 4 saylı poliklinikaya gedərək, növbətçi həkimi çağırdıq. Həkim Elçini təcili xəstəxanaya aparmağımızı məsləhət gördü”.

Hadisə olan yer
Şahid Samir Hacıyev bildirib ki, iyunun 24-də Elçin Tapdıqov idarə etdiyi maşını əyləşdikləri masanın yanında saxlayıb və şüşəni aşağı salaraq, üzünü onlara tərəf tutub nalayiq ifadə işlədib:

“Həmin vaxt Elçinin yanında Asim adlı məhəllə sakini vardı. Elçinin konkret kimi söyməsini bilmədik, çünki söyüş söyüləndə ad çəkilməmişdi. Loğmanın əsəbləşdiyini gördüm. Loğman obyekti bağlamağa hazırlaşan şəxsə hesabı verdi və ordan çıxdıq. Evə tərəfə getmək istəyərkən, Elçin yenidən çayxananın qarşısına gəldi. Loğman söhbət etmək üçün Elçindən maşından çıxmasını xahiş etdi. Sonra məlum hadisə baş verdi. Səhərisi gün məlum oldu ki, Elçin aldığı bıçaq yaralarından ölüb”.


Şahid Əfqan Alıyev bildirib ki, 2016-cı ildə Elçin Tapdıqov onların uzaq qohumu Həbib Alıyevin sürücüsü işləyib:

“Təxminən 9-10 ay işlədikdən sonra Elçin işdən çıxdı. 2017-ci ilin fevral ayında qardaşım Loğman mənə dedi ki, Elçin işdən çıxdıqdan sonra, məhəllə sakinlərinin yanında Həbibin ailəsinin və özünün barəsində nalayiq ifadələr işlədib və buna görə də aralarında narazılıq yaranıb. Mən də öz növbəmdə Loğmana Elçinə baş qoşmamasını məsləhət gördüm. İyunun 24-də Loğmanın zəngindən sonra, küçəyə çıxanda qardaşımın sağ qolundan qan axığını görüb nə baş verdiyini soruşdum.

Loğman Elçinlə dava etdiyini bildirərək, onu digər qardaşımız Nağının evinə aparmağımı xahiş etdi. Yolda danlayıb, münaqişənin səbəbini soruşanda, Loğman Elçinin “Göyçə camaatının ünvanına” ağır ifadə işlətdiyini söylədi. Geri qayıdandan sonra, səhər saat 5 radələrində evimizə gələn polis əməkdaşları Loğmanın harda olmasını soruşdular. O zaman mənə məlum olub ki, qardaşım dava zamanı Elçini bıçaqlayıb öldürüb”.


Məhkəmə iclasında Loğman Alıyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Prokuror təqsirləndirilən şəxsə 19 il cəza təyin edilməsini istəyib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.
Məhkəmə, Loğman Alıyevin Elçin Tapdıqovu öldürmək istəməməsi, dava zamanı özünü qorumaq istəməsinə dair ifadəsini, işin faktiki halları ilə uyğun olmadığını və müdafiə xarakterli ifadə kimi qiymətləndirib.
Məhkəmə hesab edib ki, Loğman Alıyevin əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə düzgün tövsif olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Loğman Alıyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 May 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri