Icma.az
close
up
RU
Rusiyadan soydaşlarımızın kütləvi köçü başlayacaq?

Rusiyadan soydaşlarımızın kütləvi köçü başlayacaq?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yanvar-iyul aylarında Rusiyanın Sverdlovsk vilayətindən təxminən 1000 miqrant deportasiya edilib.

Bu barədə “Tagilcity.ru” məlumat yayıb.

Deportasiya edilənlərin əksəriyyəti Mərkəzi Asiya ölkələrinin vətəndaşlarıdır. Belə ki, göstərilən müddət ərzində Tacikistandan 400-dən çox, Özbəkistandan 300-ə yaxın və Qırğızıstandan 130-dan çox qeyri-qanuni mühacir vətənə göndərilib.

Deportasiya edilənlər siyahısında 33 azərbaycanlı da var. Gürcüstan, Misir və Çindən olan azsaylı xarici vətəndaşlar da (1 nəfərdən 6 nəfərə qədər) rayon ərazisini tərk etmək məcburiyyətində qalıb.

İdarədən verilən məlumata görə, deportasiya edilən şəxslərin hamısı Rusiyaya işə düzəlmək məqsədi ilə gəlsələr də, qanuni əsas olmadan ölkədə olublar.

Onlar deportasiya prosedurunu gözləmə müddətini xarici vətəndaşların müvəqqəti saxlanması üçün ixtisaslaşmış mərkəzlərdə keçiriblər.Qeyd edək ki, son vaxtlar Rusiyada miqrantlara qarşı tədbirlər daha da genişləndirilib.

Mövcud Rusiya-Azərbaycan münasibətləri, orada yaşayan azərbaycanlıların ölkədən çıxarılmasını sürətləndirə bilərmi?  

Məsələ ilə bağlı millət vəkili Azər Allahverənov “Cebheinfo.az”-a bildirib ki, Rusiyada ötən ilin mart-aprel ayından etibarən sərt şəkildə qanunsuz miqrantlara qarşı tədbirlər həyata keçirirlər:

“Onların aşkarlanması, deportasiya olunması ilə paralel olaraq Rusiya hökuməti qanunvericilikdə bir sıra dəyişikliklər etdilər. Hətta dəyişikliklər müəyyən mənada sərtləşdirilmə kimi dəyərləndirilə bilər.  Bunun da nəticəsi olaraq ölkə ərazisində Rusiya Daxili İşlər Nazirliyinin ötən ilin noyabrına verdiyi məlumata əsasən, 1 milyon 200 min qanunsuz miqrant  ölkə ərazisində yaşayır. 

Onun təqribən 8 faizini, 100 min nəfərini azərbaycanlı miqrantlar təşkil edir. Ondan sonra Rusiya silsilə tədbirlər nəticəsində, xüsusilə də  bu ilin yanvar-fevral ayından etibarən qanunsuz miqrantların aşkarlanmsı ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirdilər.

Nəticədə isə rəsmi elan edilən məlumata görə, 1 milyon 200 min qanunsuz miqrantın sayında çox ciddi azalma müşahidə olunur. Bu da eyni zamanda azərbaycanlı miqrantların sayında özünü göstərir.

Bu ilin fevral-mart ayında 20-30 min qanunsuz azərbaycanlı miqrantın çıxarılması barədə məlumat verilmişdi. Təxmin etmək olar ki, bu ilin II rübünə ölkə ərazisində olan qanunsuz miqrantların arasında azərbaycanlıların sayı 70-80 min nəfər olmalıdır. 

Bundan sonra da azalmalar müşahidə olunmaqdadır. Çünki orada qaydalar qoyublar ki, ölkə ərazisini könüllü şəkildə tərk edərlərsə,   onlara qarşı sərt qaydalar tətbiq olunmayacaq. 

Bunun hamısı kifayət qədər öz təsirini göstərir. İyun ayına qədər çox sayda azərbaycanlı ölkə ərazisini tərk edib”. 

Millət vəkilinin sözlərinə görə, təbii ki, indi Rusiya-Azərbaycan münasibətlərinin müəyyən mənada soyuqlaşması fonunda da bu dəyərləndirilə biləcək bir proses kimi görünə bilər: 

“Ancaq bütövlükdə Rusiya hökuməti qanunsuz miqrasiya ilə bağlı çox sərt tədbirlər həyata keçirməkdədir. Siyasətin özü kifayət qədər sərtdir. Bir sıra şəhərlərdə belə, hətta qanunsuz miqrantların aşkarlanması ilə bağlı həyata keçirilən tədbirlər genişmiqyaslı kimi də dəyərləndirilə bilər.

Rusiya hökuməti bəzi hallarda siyasi rıçaq kimi miqrant mövzusundan istifadə edə bilər. Biz bunu zaman-zaman, son bir neçə ildə görümüşük ki, hansısa ölkə ilə münasibətlər soyuqlaşanda dərhal həmin ölkələrdən olan miqrantlarla bağlı daha sərt qaydalar tətbiq olunur.

Ancaq bu gün Rusiyada miqrantlarla bağlı tətbiq edilən qaydalar, bu istiqamətdə irəli sürülən yeni təkliflər bütövlükdə bu siyasətin sərtləşdirilməsinə yönəlib.

Nəticə etibarilə ölkə ərazisində olan miqrantları, xüsusilə də qanunsuz əsaslarla yaşayanlara birbaşa olaraq toxunan məsələdir və düşünürəm ki, bu siyasət hələki davam etdirilməkdədir”. 

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Rusiya köç Azər Allahverənov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Avqust 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri