Icma.az
close
up
RU
Rusiyaİran strateji tərəfdaşlıq sazişi niyə ləngiyir? ŞƏRH

Rusiyaİran strateji tərəfdaşlıq sazişi niyə ləngiyir? ŞƏRH

Icma.az, Sfera.az saytına istinadən bildirir.

Rusiya və İran təxminən 1 ildir ki, strateji tərəfdaşlıq sazişini imzalaya bilmir. Rusiya və İran rəsmiləri oktyabr və noyabr ayında verdikləri açıqlamalarda sazişin bu ilin sonunda imzalanacağını deyirdilər, lakin alınmadı. Son məlumata görə, sazişin İran Prezidenti Məsud Pezeşkianın 2025-ci ilin yanvar ayında Moskvaya səfəri zamanı imzalanacağı proqnozlaşdırılır. 

Maraqlıdır, bu dəfə saziş imzalanacaqmı? Strateji sazişin imzalanmasına nə mane olur?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, bu barədə yenə də tam əminlik yoxdur:

“Birincisi, bölgədə hadisələr o qədər sürətlə cərəyan edir ki, Pezeşkianın məhz gələn ilin yanvarında Moskvaya rəsmi səfər edəcəyini söyləmək çətindir. İkincisi, İran hazırda enerji qıtlığı ilə üzləşib. Neft və qaz ölkəsi olan İranda işıqlar keçir, evlərin və müəssisələrin qaz təminatında uzun fasilələr yaranır. Bu arada, Rusiya baş nazirinin müavinləri Vitali Savelyev və Aleksey Overçuk Tehrana işgüzar səfərə yollanıblar. Yəqin strateji sazişin son bəndləri ətrafında müzakirələr aparacaqlar. Rusiya və İranın beynəlxalq məsələlərə baxışları oxşardır, hər ikisi Qərbin sərt sanksiyaları ilə üzləşiblər. Bu iki ölkə İkinci Qarabağ müharibəsi zamanı Ermənistana hərbi texnikanın çatdırılmasında da sıx əməkdaşlıq ediblər. Rusiya və İran münasibətləri tarixində hər ikisi üçün daha bir önəmli hadisə baş verib. İran əvvəlcə Rusiyaya hərbi dronlar satmağa başlayıb, daha sonra Tatarıstanda birgə müəssisə işə düşüb”. 

Politoloun sözlərinə görə, Tehran sonadək Moskvaya etibar etmir:


“Moskva ilə Tehran arasında hazırki əməkdaşlıq formatı 2001-ci ildə imzalanan sənəd üzərində qurulub. Bu qarşlıqlı münasibətlər və əməkdaşlığın prinsiplərini müəyyənləşdirən müqavilədir və hər 5 ildən bir uzadılır. Moskva və Tehran bir müddət sonra qərara gəliblər ki, bu müqavilə hazırki geosiyasi tələblərə və dərinləşən əməkdaşlığa cavab vermir. Hər iki ölkənin diplomatları və mütəxəssisləri 2022-ci ildən başlayaraq strateji saziş üzərində çalışmaları sürətləndiriblər. Sazişin imzalanmasının ləngiməsi İran tərəfinin sənədə hər dəfə yeni bəndlər təklif etməsi ilə əlaqəlidir. Təklif irəli sürüldükdən sonra onun Rusiya tərəfdən araşdırılması və qəbul olunması zaman tələb edir. İran tərəfinin irəli sürdüyü bəndlərin nədən ibarət olduğu barədə məlumat yoxdur. Görünür, Tehran sonadək Moskvaya etibar etmir, düşünürlər ki, bir gün Rusiya-Ukrayna müharibəsi bitəcək və Kreml Qərblə münasibətləri normallaşdıracaq və Moskvanın Tehranla strateji tərəfdaşlığa ehtiyacı qalmayacaq. Ona görə Tehran sazişə elə bəndlər əlavə etmək istəyir ki, Kreml imzalanacaq sənədə sadiq qalsın. Ancaq saziş və sənəddə yer alacaq bəndlər bölgədə yaranacaq yeni realıqlardan üstün olmayacaq. Həqiqətən, Rusiya və İranın maraqları bir gün kəsişə də bilər. Hər iki ölkədə elə daxili hadisələr baş verə bilər ki, strateji əməkdaşlığın əhəmiyyəti azalar. Suriya buna nümunədir. Əsəd rejimi dövründəki Suriya İranın və Rusiyanın strateji müttəfiqi idi, indi isə Dəməşq Türkiyə ilə strateji müttəfiqlik münasibətləri qurur”.

Firuzə Əliyeva
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:266
embedMənbə:https://sfera.az
archiveBu xəbər 23 Dekabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see360

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see340

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see333

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see282

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see278

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see252

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see243

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see240

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see235

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see225

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see218

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see210

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see209

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see207

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see206

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see204

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri