Icma.az
close
up
RU
Rusiyaİran cütlüyündən Azərbaycana qarşı yeni təxribatlar gözlənilir

Rusiyaİran cütlüyündən Azərbaycana qarşı yeni təxribatlar gözlənilir

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövlət başçısı İlham Əliyev artıq ikinci dəfədir ki, Azərbaycanın sərnişin təyyarəsinin vurulmasıyla bağlı Rusiyanın günahkar olduğunu və bu dövlətin üzərinə düşəni etmədiklərini bildirib. Kremldən isə səs çıxmır. Görünür, Kremlin təyyarə qəzasında ölənlərin ailələrinə kompensasiya ödəmək və cinayətkarları cəzalandırmaq fikri yoxdur.
Modern.az-ın məlumatına görə, bu fikirləri siyasi ekspert Elxan Şahinoğlu Prezident İlham Əliyevin AZAL-ın təyyarəsində həlak olan ekipaj heyətinin ailə üzvləri ilə görüşdə səsələndirdiyi ittihamları şərh edərkən deyib.
E.Şahinoğlu bildirib ki, Rusiyanın nənki cinayətkarları cəzalandırmaq fikri var, Əksinə, son günlər nəzarət etdiyi informasiya şəbəklərini Azərbaycan əleyhinə təbliğata yönəldib.
“Rusiyanın təyyarəmizi vurmasından dərhal sonra İrandakı mühafizəkar dairələrin də Azərbaycan əleyhinə təbliğata başlamaları təsadüfi deyil. Deyəsən, Moskva-Tehran cütlüyü Suriyadakı məğlubiyyətin əvəzini Türkiyə və Azərbaycandan çıxmağa çalışır. İran Prezidenti Məsud Pezeşkianın bu ay Moskvaya səfərini və rusiyalı həmkarı Vladimir Putinlə imzalayacağı strateji əməkdaşlıq haqqında sazişi diqqətlə analiz etməli olacağıq. Bu iki dövləti yalnız Qərb əleyhinə ortaq siyasət birləşdirmir, Rusiya və İran ətraflarındakı dövlətlərin müstəqil siyasətlərinə qarşı da birgə mübarizə tədbirlərini gücləndirəcəklər. Vladimir Putin İlham Əliyevin “kompensasiya ödəyin və cinayətkarları cəzalandırın” tələbini yerinə yetirməyəcəksə, il ərzində iki ölkə arasında münasibətlərin gərginləşməsinə hazır olmalıyıq. İranın mühafizəkar dairələri də bizdən əl çəkən deyillər. Belə vəziyyətdə Türkiyə ilə koordinasiyanı gücləndirməyə ehtiyac yaranacaq”, - E.Şahinoğlu vurğulayıb.
A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Yanvar 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri