Rusiyalı aktrisa narkotik qaçaqmalçılığına görə həbs edildi
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Rusiyanın Domodedovo Şəhər Məhkəməsi aktrisa Aqlaya Tarasova barəsində hökm çıxarıb. O, narkotik vasitələrin qaçaqmalçılığında təqsirli bilinərək üç il şərti azadlıqdan məhrum etmə və 200 min rubl cərimə cəzasına məhkum olunub.
“Qafqazinfo” xəbər verir ki, istintaq materiallarına əsasən, aktrisa “vape” üçün nəzərdə tutulan və tərkibində narkotik olan maye qatranı ölkəyə keçirməyə cəhd edib. Tarasova avqust ayının sonunda Domodedovo hava limanında saxlanılıb.
Ekspertizanın rəyinə görə, onun üzərində aşkar edilən narkotik maddənin ümumi çəkisi 0,38 qram təşkil edib. Dövlət ittihamçısı aktrisanın üç il yarım şərti cəza almasını tələb etmişdi.
Qeyd edək ki, məhkəmə hökmü ilə Tarasova barəsində cəza qismən yüngülləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 27 Noyabr 2025 23:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















