Rusiyalı aktrisa Bakıda Fotolar
Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Rusiyalı aktrisa, “Bukins” serialının ulduzu Natalya Boçkareva Azərbaycana səfər edib.
Axşam.az xəbər verir ki, aktrisa Milli Xalça Muzeyində “İqlim və xalçalar” beynəlxalq sərgisində olub. Sərgidə Natalya “Odda doğulmuş” əsərini təqdim edib.
"Ekologiya hər bir insanın həyatının çox vacib aspektidir. Yəqin ki, hər kəs plastikin təhlükələri, heyvanlar aləmi üçün yaratdığı problemləri bilir. Amma şüşə qablar da böyük təhlükədir. Şüşələri də təbiətdən toplamaq vacibdir. Ona görə də biz də öz üslubumuzda bu aktual problemə diqqət çəkmək qərarına gəldik. Tullantıların utilizasiyası, şüşələrin təkrar emalı problemi” deyə, aktrisa vurğulayıb.
Qeyd edək ki, Boçkareva sözügedən əsərini butulkalardan yaradıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 18 Noyabr 2024 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















