Icma.az
close
up
RU
Rusiyalı analitik: “Bu, bizim ümumi dərdimizdir” Yeni Çağ Media

Rusiyalı analitik: “Bu, bizim ümumi dərdimizdir” Yeni Çağ Media

Yenicag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Embraer ERJ-190AR” (bort nömrəsi 4K-AZ65, Qusar) təyyarəsinin AZAL (J2-8243 Bakı-Qroznı reysi) aviaşirkətinə məxsus qəzasında həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm və yaralananlara tezliklə şəfa diləyirəm”.

Bu sözləri aviasiya qəzasını “Yeni Çağ”ın rus bölməsinə açıqlamasında ekspert-analitik şəbəkəsi “PolitRUS”un təsisçisi, rusiyalı politoloq Vitali Arkov deyib.

Analitik təyyarə qəzası ilə bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, bu günlərdə media məkanında baş verən hadisə ilə bağlı müxtəlif versiyalar irəli sürülür:

“Onlardan bəziləri Qərbdəki müəyyən qüvvələr tərəfindən şüurlu şəkildə tirajlanaraq yalnız dövlətlərimiz arasında strateji tərəfdaşlığı deyil, həmçinin Rusiya və Azərbaycan xalqları arasındakı çoxəsrlik dostluğu da məhv etmək məqsədini güdür.

Rusiya hazırda Ukrayna vasitəsilə ona qarşı aparılan müharibə şəraitindədir. Qərbin kollektiv ölkələri mütəmadi olaraq Rusiya şəhərlərinə hücum edir. Belə intensiv düşmən hücumlarına qarşı müdafiə zamanı, təəssüf ki, bəzi faciəvi təsadüfləri istisna etmək mümkün deyil”.

“Əgər səbəbləri araşdırmaq üçün Rusiya nümayəndələrinin də iştirak etdiyi istintaq belə bir nəticəyə gələrsə, əminik ki, ölkəmiz tərəfindən bütün zəruri tədbirlər görüləcək və günahkarlar ciddi şəkildə cəzalandırılacaq.

Bütün bu günlər ərzində Rusiya vətəndaşları və rəhbərliyi Azərbaycana, Qazaxıstana və Qırğızıstana dərin başsağlığı verir. Bir daha vurğulamaq istəyirəm ki, bu, bizim ümumi dərdimiz və itkilərimizdir, çünki təyyarənin sərnişinləri və ekipaj üzvlərinin üçdə biri Rusiya vətəndaşları idi”, – o əlavə edib.

“Bugünkü dünya gərginliyi və digər ölkələrin xüsusi xidmət orqanlarının Rusiyada terror aktları təşkil etməsi və müxtəlif ölkələrin vətəndaşlarını bu məqsədlə cəlb etməsi fonunda hərbi-texniki vasitələrlə planlaşdırılmış təxribatı da istisna etmək olmaz.

Bu baxımdan, təyyarə qəzasının səbəbləri ilə bağlı rəsmi araşdırma tamamlanmayana və ya konkret şəxslərin hərəkətləri və ya faciəvi təsadüflər müəyyənləşdirilməyənədək, ekspertlər və jurnalistlər arasında həmkarlarımı baş verənlərlə bağlı qətiyyətli bəyanatlardan və sərt dəyərləndirmələrdən çəkinməyə çağırmaq istəyirəm”, – deyə Vitali Arkov bildirib.

Qeyd edək ki, dekabrın 25-i səhər saatlarında “Azerbaijan Airlines” (AZAL) aviaşirkətinə məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb. Təyyarə Bakıdan Qroznıya uçurdu və göyərtədə 62 sərnişin və 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər isə yaralanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə qəzanın səbəblərini araşdırmaq üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Qeyd edək ki, mütəxəssislər və analitiklər sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı müxtəlif versiyalar irəli sürsələr də, istisnasız olaraq, rəsmi araşdırmanın nəticələrini gözləməyə və emosional qərarlardan çəkinməyə çağırırlar.

Cəmilə Çebotaryova

Tərcümə: Rafi Müslümov

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 01 Yanvar 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see221

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see215

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see171

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see166

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see157

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see154

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see153

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see153

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see152

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see146

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see146

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see145

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see138

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see138

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see135

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri