Problemli kreditlərin ümumi kredit portfelində çəkisi açıqlandı Yeni Çağ Media
Icma.az, Yenicag saytına istinadən bildirir.
Mərkəzi Bankın məlumatlarına görə, 2024-cü il noyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 28 milyard 779,2 milyon manat təşkil edib ki, onun da 24 milyard 154,4 milyon manatı uzunmüddətli kreditlər olub.
Yenicag.az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 1,7 faizini təşkil edib.
Məlumata görə, əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2024-cü il noyabr ayının 1-nə 14266,0 milyon manat olub.
Qeyd edilib ki, 2024-cü ilin yanvar-noyabr aylarında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata, 1 Avroya – 1,85 manata, 100 Türk lirəsinə – 5,21 manata, 100 Rusiya rubluna – 1,86 manata bərabər olub.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 17 Dekabr 2024 19:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















