Rusiyalı deputat Moskvanın Bakı ilə ticarət əlaqələrini kəsəcəyinə şübhə etdiyini bildirib
Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Rusiyanın Azərbaycanla ticarət əlaqələrini kəsəcəyinə şübhə edirəm”.
Missiya.Az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin deyib.
"Azərbaycandan məhdudiyyətlər ola bilər. Biz artıq görürük ki, Rusiya quru soğanının bir partiyası saxlanılıb və bəzi mikroorqanizmlər tapılıb və məhv edilib. Beləliklə, Azərbaycan vəziyyətin ağası olduğunu göstərə bilər. Eyni zamanda, Rusiya bürokratiyasının hər hansı tədbir görəcəyini təsəvvür edə bilmirəm", - deyə siyasətçi vurğulayıb.
Delyaqin qeyd edib ki, Azərbaycandan Rusiyaya tədarükün yarısını tərəvəz və meyvələr təşkil edir.
"Rusiyanın Azərbaycana tədarükünün 29 faizi qızıl və qiymətli metallardan ibarətdir. Bu tədarüklərin banklar və fabriklər tərəfindən həyata keçirilməsi ehtimalı azdır. Daha doğrusu, bu, Azərbaycan biznesinin nümayəndələri tərəfindən edilən tədarüklərdir. Təxminən dörddə biri isə neftdir, çünki yerli neft ixrac olunur. Bu vəziyyətdə Rusiyanın Azərbaycan pomidorunu Türkiyəli pomidoru ilə əvəz etməyə başlayacağını təsəvvür etmək mümkün deyil", - deyə siyasətçi əlavə edib.
Daşqın Həsənov
Missiya.Az


