Rusiyalı ekpertdən metapnevmovirusla bağlı açıqlama: Ruslar hər il ... Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Ruslar hər il metapnevmovirusa yoluxurlar, onun simptomları yüngül respirator virus infeksiyasına bənzəyir".
BAKU.WS "vesti.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutu məlumat yayıb.
"İndi virusa yoluxanlarda artım olması təəccüblü deyil, çünki dövrilik var: məsələn, rinovirusu paraqrip, metapnevmovirusla əvəz etmək olar" - deyə Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Aleksandr Qorelov bildirib.
Bu infeksiyanın xüsusi müalicəsi yoxdur, buna görə də həkimlər Rusiyada antiviral dərmanları təyin edirlər.
Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi Vladimir Çulanovun sözlərinə görə, metapneumovirusun ağır keçməsi əsasən beş yaşdan kiçik uşaqlar, 65 yaşdan yuxarı böyüklər və immuniteti zəif olan şəxslərə şamil olunur.
Ötən gün Təhsil Nazirliyinin rəhbəri Sergey Kravtsov bildirib ki, bu tip virusun yayılması səbəbindən məktəb şagirdləri üçün məhdudiyyətlər nəzərdə tutulmur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 09 Yanvar 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















