Rusiyalı müğənni Sedokovadan ayrılan əri intihar edib Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Tanınmış rusiyalı müğənni Anna Sedokovanın keçmiş əri Yanis Timma Moskvada özünə qəsd edib.
BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.
32 yaşlı basketbolçunun cəsədi yaşayış binasının girişində aşkarlanıb.
İlkin məlumatlara görə, mərhumun yanında mobil telefonu tapılıb və telefonda onun ölümündən əvvəl yazdığı vida mesajı olub.
Hadisənin səbəbləri hazırda araşdırılır.
Ötən həftə Anna Sedokova ilə Yanis Timma rəsmi şəkildə boşanıb. Boşanma qərarı Moskvanın Xoroşevskiy məhkəmə sahəsində qeydə alınıb. Müğənni və idmançı dörd il ərzində ailəli olublar. Bu ilin oktyabr ayında Sedokova məhkəməyə boşanmaq üçün müraciət etmişdi.
Yanis Timma Rusiyada 2015-2021-ci illər ərzində Sankt-Peterburq "Zenit" və "Ximki" komandalarında çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 17 Dekabr 2024 09:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















