Icma.az
close
up
RU
ABŞ ın Cənubi Qafqaz planı

ABŞ ın Cənubi Qafqaz planı

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


ABŞ Ermənistana növbəti dəfə birgə hərbi təlimlərdə iştirak üçün hərbi qüvvə göndərib. Digər tərəfdən, Ermənistan İranla birgə hərbi təlimlərdə iştirak edəcək.
İki rəqib və qatı düşmən ölkənin ortaq “dostu“ və planlar mərkəzi Ermənistan və toqquşan maraqlar.
Bütün hadisələri bu cür qısaca ifadə etsək yaxşı olardı.
Vaşinqton Tehran münasibətləri gərginləşməsi fonunda ABŞ regionda mümkün müharibə ehtimalı zamanı həm Hörmüz Körfəzi, həm İranın şərq və şimal sərhədlərində qüvvələrini yerləşdirmək istəyir ki, artıq müttəfiqlərini aylar öncə itirmiş qarşı tərəf yəni, Tehranla asanlıqla müharibə aparmaq olsun.
İran da bütün bu hadisələri yaxından izləyir və sərhədləri yaxınlığında özünün qüvvələrini gücləndirmək istəyir.
Tehran İrəvanla birgə hərbi təlimlərdə iştirak etməklə, ABŞ nin qüvvələrinin şimal sərhədlərində var olmasına imkan vermək istəmir.
Digər tərəfdən, Zəngəzur keçidi Rusiya İran arasında kommunikativ əlaqə rolu oynayır deyə, ABŞ Ukrayna Rusiya müharibəsi zamanı bu dəhlizdən hər hansı hərbi yardımın daşınmasının qarşısını almaq həm də İsrail ABŞ koalisiyası ilə İran arasında müharibə olarsa, Rusiyanın da Tehrana hərbi dəstəyini kəsmək istəyir.
Ermənistanın son zamanlar şərti sərhəddə yerləşən mövqelərimizi atəşə intensiv şəkildə tutması, dron kəşfiyyat uçuşları həyata keçirməsi Vaşinqton ilə imzalanan birgə hərbi tərəfdaşlıq paktı, NATO və ABŞ nin dəstəyinə arxalanaraq həyata keçirilir.
Ermənistan ssenarini belə planlayıb ki, Azərbaycan mövqelərini atəşə tutacaq və Ölkəmiz də buna görə tədbir görəcək, təxribat törədən mövqelər və məntəqələrə qarşı hərbi əməliyyatlar keçirəcək. Beləcə, Azərbaycanı zorakı dövlət kimi göstərəcək, guya, sülh və asayişi pozduğu, bu ölkəni blokadaya aldığı təsəvvürü yaradacaq.
Ardınca, NATO və ABŞ Ermənistan ərazisində hərbi qüvvələrini yerləşdirib, bazalar yaradacaq, Azərbaycana qarşı sanksiya və qətnamələr işə düşəcək, iqtisadi, siyasi embarqolar tətbiq ediləcək.
İran Ermənistanla birgə hərbi təlim keçirməklə digər tərəfdən Cənubi Qafqazda siyasi nüfuz dairəsi yaratmaq istəyir. Yaxın Şərqi itirdikdən sonra alternativ bölgələr axtaran Tehran üçün Qafqaz regionu əhəmiyyətli dərəcədə xüsusi rol oynayır.
Həm də Ermənistana ABŞ və NATO nun mütəmadi yardımlarına səbəb Rusiyanın cənubunda növbəti Ukrayna yaratmaqdır.
2014 cü il meydan hadisələrindən sonra Qərb meyilli qüvvələri Ukraynada hakimiyyətə gətirməklə ABŞ və Avropa hakim qüvvələri Rusiyanın şərqində onun Şərqi Avropaya təsir edəcək gücünü azaltmış həm də Ukraynanı özlərindən silah sursat, maddi yardımlar adı ilə asılı hala salmışlar.
Ermənistan da ABŞ nin növbəti bu tipli şahmat oyununun fiqurlarından biridir.
Əsas məqsəd Rusiyanı Ukrayna oyununda tələyə saldıqları kimi, İrəvan vasitəsi ilə də Moskvanı məğlub etmək istəyirlər.
Azərbaycan və Türkiyə yaxınlaşması fonunda ortada Ermənistan adlı NATO və ABŞ a tabe dövlət - bufer zona formalaşdırmaqla Türk Ölkələrinin yaxınlaşması zamanı Asiyada təsirlərinin itməklərini istəmirlər.
Ermənistana hərbi yardım etməklə, həm də onun ərazisində yerləşdiriləcək bazalar regiona nəzarəti artırmaq, uzaq mənzilli raketlər yerləşdirməklə İran və Rusiyaya qarşı səngər mövqesi tutmaq istəyirlər.
İsa İsmayılov, siyasi şərhçi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Aprel 2025 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see416

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see272

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see254

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see238

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see218

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see216

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see208

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see207

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see206

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see194

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see190

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see188

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see187

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see184

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see181

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see181

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see177

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see173

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see168

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri