Rusiyalı nazir müavini: Ümid edirəm yenidən BMT nin Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına seçiləcəyik
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 19 noyabr, AZƏRTAC
Moskva süni intellekt, metakainat və böyük məlumatlar da daxil olmaqla, ən yeni rəqəmsal texnologiyaların öyrənilməsi və tətbiqini fəal şəkildə dəstəkləyir, xüsusilə də inkişaf etməkdə olan ölkələrin maraqlarına diqqət yetirir.
AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Qriqori Borisenko Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının yüksəksəviyyəli plenar sessiyasında çıxışı zamanı bildirib.
O, qeyd edib ki, ölkəsi Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) analitik fəaliyyətinə, o cümlədən İKT inkişaf indeksi nəşrinin bərpasına əhəmiyyətli töhfə verir. Nazir müavini ümid edib ki, Rusiya rəqəmsal bərabərliyin və texnoloji əməkdaşlığın inkişafı üzrə işi davam etdirmək üçün yenidən BTİ Şurasına seçiləcək.
Rusiya nümayəndəsi kosmik fəaliyyətin dayanıqlı inkişafının vacibliyini vurğulayaraq qeyd edib ki, Moskva dövlətlərin kosmosa bərabər çıxışını təmin etmək məqsədilə orbit resursunun istifadə olunmayan peyklərdən və spekulyativ müraciətlərdən azad edilməsinin tərəfdarıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 19 Noyabr 2025 04:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















