Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Rusiyalı oliqarx Naxçıvanın kəndinə pul yatırır

Rusiyalı oliqarx Naxçıvanın kəndinə pul yatırır

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Müxalifətdəki "Güclü Ermənistan" fraksiyası Tiqranaşendə (Kərki – red) kəndə yeni həyat verəcək turizm mərkəzi yaratmağı planlaşdırır”.

Turkustan.az bildirir ki, bunu müxalifət fraksiyasının deputatı Anuş Mirzoyan açıqlayıb.

O, qeyd edib ki, kəndin potensialına inanırlar və bu inkişafa çevirməyə hazırdırlar. Onun sözlərinə görə, bir neçə gün əvvəl Kərkiyə səfər ediblər. “Şurnuxda, Sünikdə baş verənlər gözlərim önündə canlandı. Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın hakimiyyəti dövründə Şurnuxun yarısı azərbaycanlı oldu. Ondan çox evdə Azərbaycan bayraqları qaldırılıb. Biz kəndin yuxarı hissəsindəyik və aşağıda üzərində Azərbaycan hərfləri ilə “Şurnux” adı yazılmış Azərbaycan lövhəsi var. Şurnux sakinlərinin evlərini vaxtından əvvəl necə tərk etdiyini xatırlayıram. “Müharibə başlamasın deyə, verin” deyildi. Bu, Şurnux kənd sakini Xaçikin sözlərindən birbaşa sitatdır”, - deyə deputat qeyd edib.

Qeyd edək ki, "Güclü Ermənistan"ın sədri Rusiya vətəndaşı olmuş oliqarx Samvel Karapetyandır. Karapetyanın Naxçıvanın anklav kəndi olan Kərkidə turizmə yatırım etmək niyyəti son müzakirələr fonunda aktuallaşıb. Çünki hökumət başçısı Paşinyan Kərkinin Ermənistana aid olmadığını vurğulayıb.

“Kərki də digər anklavlar kimi Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29.743 kvadrat km ərazisinə daxil olmayıb”. Ermənistan mediasının xəbərinə görə, bu barədə baş nazir Nikol Paşinyan brifinqdə bildirib. Paşinyan müxalifətin Kərki kəndinin “təhvil verilməsinin yolverilməzliyi” ilə bağlı açıqlamalarını şərh edərək, bu məsələ ilə bağlı daha əvvəl səsləndirdiyi fikirləri təkrarlayıb.

Onun sözlərinə görə, “biz buna icazə verməyəcəyik” deyənlər müharibəni qızışdırırlar. Baş nazir faktı qeydə almağın bir, onu yerində həll etməyin isə başqa bir məsələ olduğunu bildirib.
“Hazırda heç bir razılaşma yoxdur. Mənim əsas vəzifəm gərginliyi azaltmaqdır ki, normal həll yollarına nail olunsun. Amma kimsə Kərkinin Ermənistanda olduğunu deyirsə, bu, ərazinin 29.743 kvadrat km deyil, məsələn, 29.750 kvadrat km olduğunu deməkdir və bu, müharibə elan etmək deməkdir”,-Paşinyan vurğulayıb.

Ermənistanla Azərbaycan sərhədləri 1921-ci ildə Cənubi Qafqaz ölkələri, Rusiya və Türkiyə arasında bağlanmış Qars müqaviləsi ilə müəyyənləşdirilib. Qars müqaviləsində isə Kərki kəndi Azərbaycanın protektoratlığı altına keçən Naxçıvan vilayətinin ərazisi kimi göstərilib.

Müqavilədə Naxçıvanın inzibati əraziləri bu şəkildə təqdim olunur: Naxçıvanın ərazisi Urmiya kəndi – oradan düz xətlə Arazdəyən stansiyasına (onu Ermənistan Sosialist Sovet Respublikasına saxlamaqla) – sonra düz xətlə 3142 qərbində Daşburun dağına – Daşburun dağının şərq ayırıcı xətti (4108) – Cəhənnəm dərəsi çayından "bulaq" yazısının cənubu – Bağarsıq dağının gədik xətti ilə (6607 və ya 6587) və oradan əvvəlki İrəvan dairəsinin və Şərur-Dərələyəz qəzasının inzibati sərhədi ilə gedir – 6629 yüksəkliyi – Kömürlü dağı (6839 və ya 6930) – oradan 3080 yüksəkliyi – Sayat dağı (7868 – Qurdqulaq kəndi) Qamesur dağı (8160) – 8022 yüksəkliyi – Kükü dağ (10282) və əvvəlki Naxçıvan dairəsinin inzibati sərhədinin şərqindən keçir.

Kərki kəndi isə hazırkı Sədərək rayonundan 10 km aralıdadır. Əslində, Qars müqaviləsində Kərki anklav kimi yox, Şərura bitişik ərazi kimi göstərilib. Onun indi anklav vəziyyətə salınması da məhz erməni fitnəsi sayəsində baş verib. Tarixi sənədlər sübut edir ki, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 5 may 1938-ci il tarixli qərarı ilə Kərki kəndinin ətrafında yerləşən 900 hektardan artıq ərazi Ermənistana verilib. Nəticədə kənd Azərbaycanın bir neçə eksklavından biri olub. Həmin ərazilərin Ermənistana verilməsi haqqında protokolu isə o zaman Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsində işləyən iki erməniəsilli şəxs – Qadakçiyan və İsaakyan imzalayıb./musavat.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Sentyabr 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see388

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see371

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see309

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see304

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see303

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see297

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see289

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see233

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see230

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see229

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see224

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see222

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see220

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see205

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see203

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see197

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see195

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see177

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see172

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri