Rusiyalı oliqarx neftin 45 dollara düşəcəyini, dolların isə 125 rubl olacağını deyir
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Rusiyanın tanınmış oliqarxı, milyarder Oleq Deripaska neft qiymətlərindəki azalma fonunda dolların rubla nisbətdə məzənnəsinin 115-125 rubla qədər yüksələcəyini proqnozlaşdırıb.
Yeniavaz.com xəbər verir ki, iş adamı bu fikirlərini özünün “Telegram” kanalında “Financial Times” nəşrinin məqaləsini şərh edərkən səsləndirib.
Aprel ayından etibarən neftin qiymətində müşahidə olunan ucuzlaşma OPEC+ ölkələrinin hasilatı artırmaq qərarını tezləşdirib. Artıq “Brent” markalı neftin bir barelinin qiyməti 60 dollardan da aşağı enib. Deripaska isə bildirir ki, bu tendensiya davam edərsə, qiymət bir barel üçün 45 dollara qədər düşə bilər.
Qeyd edək ki, Deripaskanın sərvəti 2024-cü ildə 46% artaraq 4,1 milyard dollara çatıb, bu da 2018-ci ildən bəri ən yüksək göstəricidir. Bununla da o, 2024-cü ildə Rusiyanın ən zəngin 10 milyarderi sırasına daxil olub.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Neftin qiymətini 45 dollara salmaq lazımdır Kelloq
25 Yanvar 2025 01:00
Avropa ölkələri neftin qiymətini 45 dollara endirmək istəyir
16 İyun 2025 12:41
Rusiyalı deputatın rusiyalı gənclərə tövsiyəsi...
18 May 2025 23:15
Londonda Azərbaycan nefti uğrunda mübarizə: Rusiyalı oliqarx ikinci dəfə uduzdu FOTO
01 Aprel 2025 01:00
Rusiyalı balerina fırıldaqçıya 18 milyon rubl verib ...
22 Mart 2025 18:34
Baxış sayı:88
Bu xəbər 06 May 2025 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















