Icma.az
close
up
RU
Rusiyalı pianoçu Mixail Lidski Bakıda Bramsın şedevr əsərlərini ifa edib AZƏRTAC

Rusiyalı pianoçu Mixail Lidski Bakıda Bramsın şedevr əsərlərini ifa edib AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 7 dekabr, Mikayıl Məmmədov, AZƏRTAC

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində bədii rəhbər və baş dirijor, respublikanın Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin konserti olub. Gecənin solisti məşhur pianoçu Mixail Lidski (Rusiya) olub.

AZƏRTAC xəbər verir ki, gecədə Yohans Bramsın Fortepiano və orkestr üçün 2 №-li konserti si-bemol major (Op.83) və 3 №-li simfoniyası fa major (Op.90) səsləndirilib.

Virtuoz pianoçu, Moskva Konservatoriyasının professoru Mixail Lidski ilkin musiqi təhsilini Moskva Dövlət Konservatoriyasında alıb, burada dünyaşöhrətli professor Lev Naumovdan sənətin sirlərini öyrənib. Lidski həm klassik musiqi ifaçılığı sahəsində, həm də pedaqoji sahədə böyük təcrübəyə malikdir, gənc pianoçuların hazırlanmasına mühüm töhfə verir.

“Bu mənim Bakıya ilk səfərim deyil. Mən burada ilk dəfə 43 il əvvəl, hələ məktəbdə oxuyanda, 5-6-cı sinifdə olarkən çıxış etmişəm. Bu müddət şəhər üçün nisbətən qısadır, lakin çox şey dəyişib. Bakı getdikcə gözəlləşir. Buraya gəlmək həmişə xoşdur. Burada mənim çoxdankı əlaqələrim, tanışlarım var”, - deyə pianoçu AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib.

Fuad İbrahimov da öz növbəsində gecənin proqramı haqqında ətraflı danışıb: “2 №-li konsert həm pianoçudan, həm də orkestr musiqiçilərindən böyük zəhmət tələb edir. Biz çox çalışdıq, məşq etdik və hazırlaşdıq. Mixail Lidskinin Bakıda çoxlu konsertləri olub. O, solo və ya maestro Rauf Abdullayevin müşayiəti ilə çıxış edib. Bu gün mənə ilk dəfə onunla çıxış etmək qismət oldu. Düşünürəm ki, biz yaxşı tandem yaratdıq: bütün iştirakçılar bir-birini musiqi cəhətdən dəstəklədilər. Bramsın 3 №-li simfoniyası çox vaxt Bethovenin “Qəhrəmanlıq” kimi tanınan 3 №-li simfoniyası ilə müqayisə edilir. Əsərin hər hərəkəti pianoda tamamlandığından Brams simfoniyası ilə böyük uğur qazandı, baxmayaraq ki, özü də buna şübhə edirdi. Adətən simfoniyalar sensasiya yaratmaq və alqış fırtınasına səbəb olmaq üçün yüksək səslə başa çatır. Lakin Brams qeyri-adi bir yanaşma seçdi, şübhələrinə baxmayaraq, bu, inanılmaz dərəcədə uğurlu oldu”.

Dirijorun sözlərinə görə, Brams uzun müddət ilk simfoniyasını yazmağa cəsarət etməyib. “O, doqquz məşhur simfoniyanın müəllifi olan Bethoveni ilahiləşdirirdi və başa düşürdü ki, belə bir irsdən sonra eyni dərəcədə dahi bir əsər yaratmaq çətin olacaq. Yalnız uzun illər sonra Brams “Bethovenin onuncu simfoniyası” kimi tanınan ilk simfoniyasını yaratmağa qərar verdi. Bramsın yaradıcılığı həqiqətən də Bethovenin irsi ilə sıx bağlıdır və Bramsın 3 №-li simfoniyası müəyyən dərəcədə Bethovenin 3 №-li simfoniyası ilə əks-səda yaradır”, - deyə maestro bildiribş

Konsert çoxsaylı klassik musiqi həvəskarlarını, mədəniyyət nümayəndələrini və incəsənət xadimlərini bir araya toplayıb. Rusiyalı pianoçunun Azərbaycan orkestrinin müşayiəti ilə çıxışı alqışlarla qarşılanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Dekabr 2024 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri