Icma.az
close
up
RU
Rusiyalı pianoçu Mixail Lidski Bakıda Bramsın şedevr əsərlərini ifa edib

Rusiyalı pianoçu Mixail Lidski Bakıda Bramsın şedevr əsərlərini ifa edib

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində bədii rəhbər və baş dirijor, respublikanın Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin konserti olub. Gecənin solisti məşhur pianoçu Mixail Lidski (Rusiya) olub.

AZƏRTAC xəbər verir ki, gecədə Yohans Bramsın Fortepiano və orkestr üçün 2 №-li konserti si-bemol major (Op.83) və 3 №-li simfoniyası fa major (Op.90) səsləndirilib.

Virtuoz pianoçu, Moskva Konservatoriyasının professoru Mixail Lidski ilkin musiqi təhsilini Moskva Dövlət Konservatoriyasında alıb, burada dünyaşöhrətli professor Lev Naumovdan sənətin sirlərini öyrənib. Lidski həm klassik musiqi ifaçılığı sahəsində, həm də pedaqoji sahədə böyük təcrübəyə malikdir, gənc pianoçuların hazırlanmasına mühüm töhfə verir.

“Bu mənim Bakıya ilk səfərim deyil. Mən burada ilk dəfə 43 il əvvəl, hələ məktəbdə oxuyanda, 5-6-cı sinifdə olarkən çıxış etmişəm. Bu müddət şəhər üçün nisbətən qısadır, lakin çox şey dəyişib. Bakı getdikcə gözəlləşir. Buraya gəlmək həmişə xoşdur. Burada mənim çoxdankı əlaqələrim, tanışlarım var”, - deyə pianoçu AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib.

Fuad İbrahimov da öz növbəsində gecənin proqramı haqqında ətraflı danışıb: “2 №-li konsert həm pianoçudan, həm də orkestr musiqiçilərindən böyük zəhmət tələb edir. Biz çox çalışdıq, məşq etdik və hazırlaşdıq. Mixail Lidskinin Bakıda çoxlu konserti olub. O, solo və ya maestro Rauf Abdullayevin müşayiəti ilə çıxış edib. Bu gün mənə ilk dəfə onunla çıxış etmək qismət oldu. Düşünürəm ki, biz yaxşı tandem yaratdıq: bütün iştirakçılar bir-birini musiqi cəhətdən dəstəklədilər. Bramsın 3 №-li simfoniyası çox vaxt Bethovenin “Qəhrəmanlıq” kimi tanınan 3 №-li simfoniyası ilə müqayisə edilir. Əsərin hər hərəkəti pianoda tamamlandığından Brams simfoniyası ilə böyük uğur qazandı, baxmayaraq ki, özü də buna şübhə edirdi. Adətən simfoniyalar sensasiya yaratmaq və alqış fırtınasına səbəb olmaq üçün yüksək səslə başa çatır. Lakin Brams qeyri-adi bir yanaşma seçdi, şübhələrinə baxmayaraq, bu, inanılmaz dərəcədə uğurlu oldu”.

Dirijorun sözlərinə görə, Brams uzun müddət ilk simfoniyasını yazmağa cəsarət etməyib. “O, doqquz məşhur simfoniyanın müəllifi olan Bethoveni ilahiləşdirirdi və başa düşürdü ki, belə bir irsdən sonra eyni dərəcədə dahi bir əsər yaratmaq çətin olacaq. Yalnız uzun illər sonra Brams “Bethovenin onuncu simfoniyası” kimi tanınan ilk simfoniyasını yaratmağa qərar verdi. Bramsın yaradıcılığı həqiqətən də Bethovenin irsi ilə sıx bağlıdır və Bramsın 3 №-li simfoniyası müəyyən dərəcədə Bethovenin 3 №-li simfoniyası ilə əks-səda yaradır”, - deyə maestro bildirib.

Konsert çoxsaylı klassik musiqi həvəskarlarını, mədəniyyət nümayəndələrini və incəsənət xadimlərini bir araya toplayıb. Rusiyalı pianoçunun Azərbaycan orkestrinin müşayiəti ilə çıxışı alqışlarla qarşılanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Dekabr 2024 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri