Icma.az
close
up
RU
Rusiyanı 25 ailə idarə edir Təsadüfi adamın sistemə daxil olması çətindir...

Rusiyanı 25 ailə idarə edir Təsadüfi adamın sistemə daxil olması çətindir...

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Proyekt" araşdırma layihəsi Rusiyanı 25 ailənin idarə etdiyini üzə çıxarıb. Buraya Putin, Kadırov, Patruşev, Kovalçuk klanları daxildir. Onlar yüzlərlə qohumlarını dövlət idarəçiliyində, biznesdə əsas postlara yerləşdiriblər.

“AzPolitika” xəbər verir ki, Qərb mediası bu sistemin Vladimir Putin prezidentlikdən gedəndən sonra davam edib-etməyəcəyi sualına cavab axtarıb. Jurnalisti Sergey Medvedev vaxtilə sovet nomenklaturasında 200 min nəfərin olduğunu qeyd edir. "Proyekt"in əməkdaşı Mixail Rubin isə deyir ki, Rusiyanın ali rəhbərliyində 1300 nəfər var və onların 76 faizində, yəni təxminən min nəfərində qohumluq, klanlıq əlaqələri görünür.

"Biz hələ çox adamı çıxdaş etmişik. Ata yüksək postda, oğul isə çox aşağı işdədirsə, onu nəzərə almamışıq, görkəmli vəzifələrdə olanları götürmüşük. Amma Rusiya elə bir ölkədir ki, burada həmişə yüksək vəzifə rol oynamır. Oğul adi əməkdaş ola bilər. Amma maaşı çox yüksək olar", – jurnalist bildirib.

Politoloq Mariya Sneqovayanın fikrincə, bugünkü Rusiya elitasının xüsusiyyəti postsovet tranzitindən qaynaqlanır və çox şey sovet inersiyasının təsiri altında qalıb: "Yeltsin daim deyirdi ki, mən kadrları lüstrasiya etməyəcəyəm. Vətəndaş cəmiyyətinin zəifliyi, aşağıdan təzyiqin olmaması sayəsində sovet nomenklatur elitası özünü saxladı. Bu adamlar Sovet İttifaqı əhalisinin 2-3 faizini təşkil edirdi, ailələrlə. Kiçik qruplarla birlikdə".

Müəllif S.Medvedevin "buna "dərin dövlət"in rus versiyası demək olarmı" sualına M.Sneqovaya "bir çox hallarda hə" cavabını verir: "Təsadüfi adamın sistemə daxil olması çətindir, yalnız ailə bağları vasitəsilə olur".

Sosioloq Konstantin Qaaze deyir ki, hazırda Rusiyanın başında duranlar xeyli spesifik şəxslərdir: "Ukraynaya müdaxilə ərəfəsində olduğu kimi, onları Təhlükəsizlik Şurasının iclasına yığanda əsirlər. X gününü (Putindən sonrakı dönəm) modelləşdirəndə bir çox amillər rol oynamağa başlayır: harada, Moskvada, Valdayda, nə gizlətməli, nəyi yox? Resurs tapmalı, onu valyutaya satmalıdırlar. Üstəlik, 200 ailəyə mənsub 10 min insanın hamısının gəlirini qaldırırlar deyə, bunu nə cürsə razılaşdırmalıdırlar".

Sosioloq güc strukturları əməkdaşlarının rolunu da istisna etmir: "Onlar özləri üçün yeni adamlar yığıblar. Putin niyə KQB-yə getdi? Brejnev Andropova yazmışdı ki, "siz işçi sinfindən az adam götürürsüz, nomenklaturadan çox". Bununla da işçi çağırışı başladı. Putinin dostlarının çoxu ya KQB-də onunla xidmət etmiş fəhlə övladları olub, ya da hərbçi ailələrindən, çünki birlikdə yaşayıblar. Bu tarixi təsadüfdür. Bu insanlar artıq hər şeyi təsadüfə buraxmaq istəmirlər".

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Dekabr 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri