Icma.az
close
up
RU
“Bu proseslər təsadüfi deyil”

“Bu proseslər təsadüfi deyil”

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Son dövrlər Rusiyada baş verən hadisələr, xüsusilə də azərbaycanlı miqrantlara və qeyri-rus xalqlara qarşı yönələn təzyiqlər, təhqiramiz ritorika və zorakı aksiyalar bir neçə yanaşı məqsədə xidmət edir. İlkin məqsəd Ermənistanda baş verən kilsə-hökumət qarşıdurması ilə bağlıdır. Bu, Rusiyanın “çoxvektorlu təsir siyasəti”nin tipik nümunəsidir. Gəlin öncə bu prosesə mərhələli şəkildə nəzər salaq: Paşinyan hakimiyyəti ilə Ermənistan Apostol Kilsəsi arasındakı gərginlik pik həddə çatıb. Kilsə Paşinyanı ənənəvi dəyərlərə xəyanətdə və Qərbə meyldə ittiham edir, Paşinyan isə kilsənin siyasi təsirini məhdudlaşdırmağa çalışır. Bu mübarizədə Ermənistan cəmiyyətinin radikal-ultramillətçi seqmenti kilsənin ətrafında cəmlənib. Moskva isə çoxdan Ermənistanda kilsəni “yumşaq güc aləti” və siyasi təsir mexanizmi kimi dəstəkləyir. Çünki kilsə həm Rus Pravoslav Kilsəsi ilə tarixi əlaqələr saxlayır, həm kilsənin mövqeyi postsovet məkanında Rusiyanın “ənənəvi dəyərlər” ritorikasına uyğun gəlir. Yəni, Moskva üçün kilsə Ermənistanda və Cənubi Qafqazda imperiyanın ənənəvi dayaqlarından biri rolunu oynayır”.

Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr müavini, millət vəkili Elçin Mirzəbəyli deyib.

Deputat bildirib ki, bu xüsusda, azərbaycanlılara və ümumən müsəlman miqrantlara qarşı zorakılıq Moskva üçün iki istiqamətdə mesaj funksiyası daşıyır: “Daxildəki radikal elektorata göstərir ki, “Rusiya sərt əl prinsipini qoruyur, əzici üstünlüyünü təmin edir”. Ermənistanda kilsə ətrafında cəmlənən ultramillətçi qüvvələrə isə ötürür ki, Moskva Qafqazda “türk-müsəlman təhlükəsi” ilə mübarizə aparır və öz nüfuzunu saxlayır. Başqa sözlə, Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı təzyiqləri, qətllər, “etnocinayətkarlıq” etiketi təkcə Rusiyada islamofobiya yaratmır. Bu həm də Ermənistandakı müəyyən dairələr üçün “görürsünüzmü, Rusiya sizin əbədi müttəfiqinizdir, ortaq düşmənimiz türk-müsəlman dünyasıdır” mesajıdır. Çox güman ki, azərbaycanlılara qarşı zorakılıq dalğasında Moskva eyni zamanda Ermənistandakı kilsə və ultramillətçi qruplara bu mesajları verir: “Biz sizin tarixi-mifik “düşmənlərinizə” qarşı sərt mövqedəyik, bizim nüfuzumuz olmadan regionda heç kəs sizi türk-müsəlman üstünlüyündən qoruya bilməz və siz də bu mövzunu təbliğatda istifadə edin və ictimai rəyə ötürün”. Bu həm Rusiyanın regiondakı mövqelərini möhkəmlətmək, həm də daxildə millətçi konsolidasiyanı gücləndirmək məqsədi güdən çoxplanlı siyasətdir”.

E.Mirzəbəyli diqqətə çatdırıb ki, digər tərəfdən, Rusiyanın siyasi dairələri iqtisadi çətinliklər, beynəlxalq təcrid, Ukrayna müharibəsinin yaratdığı sosial gərginliklər fonunda yaranan yarıgizli narazılığı ənənəvi qaydada fərqli istiqamətlərə yönləndirməyə çalışırlar: “Tarixən də Rusiyada siyasi və iqtisadi böhran dövrlərində daxili düşmən obrazı yaratmaq ənənəsi olub. Anti-miqrant ritorikası da bu kontekstdə klassik “günah keçisi” axtarmaq strategiyasıdır. Bütün bu hadisələrin ana xəttində dayanan amil Rusiya dövlətçiliyində imperiya şüurunun mühüm elementi olan “rus xalqının aparıcı rolu” ideologiyasıdır. Şovinist mövqelər, “Rusiya ruslar üçündür” tipli çağırışlar, multietnik federativ modelin de-fakto tənəzzülə uğradığını göstərir. Bu isə daxildə sərt mərkəzləşməni legitimləşdirilmə meyillərini gücləndirir. Sosial təbəqələrarası ixtilafların aləti kimi miqrantlar, əsasən ən aşağı ödənişli, ağır işlərdə çalışırlar. Bu səbəbdən yoxsul rus təbəqələri ilə miqrantlar arasında rəqabət və qısqanclıq yaranır. Hakimiyyət bunu bilərəkdən şişirdir, sosial-iqtisadi problemləri “əcnəbilərin” üzərinə yıxır. Bu strategiya qısamüddətli siyasi dividendlər gətirsə də, uzunmüddətli perspektivdə Rusiyanın daxili sabitliyini daha da zəiflədə, etnik və dini zəmində qarşıdurmaları dərinləşdirə bilər. Müasir dünyada etnik və dini müxtəlifliyin düşmən obrazına çevrilməsi yalnız cəmiyyətdə parçalanmanı artırır”.

Deputatın sözlərinə görə, mövcud vəziyyətdən həm də öz maraqları üçün yararlanan Solovyov kimi şəxslər də öz auditoriyasına “daxili düşmən və xarici təhlükə” konsepsiyası satmaqda davam edirlər: “azərbaycanlı miqrantları, ümumən türkdilli xalqları təhlükə kimi təqdim etmək asan üsuldur, çünki Rusiyada tarixi stereotiplər yetərincə güclüdür. Bu ritorika həm islamofobiya, həm də türkofobiyadan qaynaqlanır. Eyni zamanda Rusiya ultramillətçi əhval-ruhiyyəni gücləndirən “bizə tabe olmayan qonşu pis qonşudur” mesajını verir. Hazırda Rusiyada azərbaycanlılara, özbəklərə, qırğızlara, türkmənlərə və digər türk, müsəlman xalqların nümayəndələrinə qarşı aparılan şovinist, diskriminasiya və islamofob siyasət təsadüfi deyil. Bu siyasətin başında hakim siyasi dairələr dayanır. Əslində bu, əsrlər boyu müxtəlif xalqlara qarşı həyata keçirilən imperiya siyasətinin daha sərt və açıq formaya keçmiş davamıdır”.

E.Mirzəbəyli həmçinin vurğulayıb ki, Rusiya mövcud daxili və xarici siyasətinin mahiyyətini anlamaq üçün Ukraynada baş verənlərə diqqət yetirmək kifayətdir: “Əgər Rusiya rəhbərliyi qardaş slavyan Ukrayna xalqına qarşı belə qəddar siyasət aparır, Buçada və digər şəhərlərdə mülki insanları qırır, kəndləri və şəhərləri yer üzündən silir, milyonlarla insanı didərgin salırsa, digər xalqlara qarşı daha amansız münasibət sərgiləməsi təəccüblü deyil. 1990-cı illərdə Orta Asiya və Qafqazdan olan miqrantlara qarşı qəddarlığı ilə seçilən skinhed dəstələrini xüsusi xidmət orqanları himayə edirdi. Bugünkü Rusiyada artıq həmin qruplara ehtiyac yoxdur. Bu vəzifəni birbaşa polis, OMON və FSB daha açıq, daha qəddar şəkildə icra edir. Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayətlər bunun bariz sübutudur. Hadisənin detalları Rusiyada digər xalqlara qarşı nifrətin dövlət səviyyəsində qorunduğunu göstərir. Rusiya hüquq mühafizə orqanlarının ortaya atdığı “etnocinayətkarlıq” anlayışı da bu siyasətin tərkib hissəsidir. Məqsəd Orta Asiyadan və Qafqazdan gələn insanları əvvəlcədən cinayətkar kimi damğalamaq, ictimai rəyə təsir etmək və gələcək təqiblərə hüquqi əsas yaratmaqdır. Bugünkü Rusiya repressiyaları artıq Stalin dövrünün metodlarını belə geridə qoyur. O zaman belə insanlar formal da olsa məhkəmə qarşısında dayanır, Sibir düşərgələrinə göndərilirdi. İndi isə küçədə, evdə işgəncə verərək öldürmək adi hala çevrilib. Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır. Bu proseslər təsadüfi deyil. Azərbaycanın öz milli maraqları əsasında yürütdüyü müstəqil siyasət və regiondakı güclənən mövqeyi Rusiya mediasını və siyasi çevrələrini narahat edir. Ona görə də ritorika sərtləşir. Lakin bu qısamüddətli təzyiqdir və faktiki reallığı dəyişmir. Əksinə, Azərbaycana qarşı bu cür hücumlar ictimaiyyətimizdə milli həmrəylik və soyuqqanlı diplomatik mövqe ətrafında daha çox birləşmə tendensiyasını gücləndirir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 29 İyun 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“2020 ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”

27 Sentyabr 2025 10:27see173

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see154

Keyndən 100 cü qol XXI əsrdə TOP 5 liqalarda ən sürətli göstərici

27 Sentyabr 2025 00:09see153

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see151

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see151

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see147

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see147

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see141

28 sentyabr bu BÜRCLƏR DİQQƏTLİ olsun KONKRET

27 Sentyabr 2025 00:57see140

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see138

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see137

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see135

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see127

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr 2025 10:28see126

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see125

Qubada ağır qəza: sürücü öldü, sərnişin xəsarət aldı

27 Sentyabr 2025 01:21see122

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see120

Trampın Qəzza planı: İsrailə bunu etməyə imkan verilməyəcək!

27 Sentyabr 2025 07:01see119

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see118

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri