Icma.az
close
up
RU
Rusiyanı qarışdıran qərar: mühüm sənəd imzalandı Bu ölkələr birləşir

Rusiyanı qarışdıran qərar: mühüm sənəd imzalandı Bu ölkələr birləşir

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı mümkün sanksiyalar üçün gözləmə müddətini 50 gündən 10-12 günə endirəcəyini bildirməsi, geopolitik zəlzələ effekti yaradıb. Ekspertlər bunun sırf iqtisadi məsələ olmadığını düşünür, daha çox siyasi amillərlə əlaqələndirir. Bununla belə, sözügedən bəyanat enerji bazarlarında da dalğalanma yaradıb.

Ev rəhbərinin rusiyalı həmkarı Vladimir Putinlə bağlı dəyişkən mövqeyi nə ilə yekunlaşacaq?

Globalinfo.az-a danışan Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib ki, ABŞ lideri son qərarını sülh istədiyi halda, heç bir irəliləyişin olmaması ilə əsaslandırır:

“Tərəflər İstanbulda görüşsə də, məhbus mübadiləsi istisna, çox cüzi məsələlər ətrafında razılığa gəliblər. Trampın məsləhətlərinə, lazım gəldikdə hətta “guruldamasına” baxmayaraq, Putin heç bir danışıqlarda iştirak etməyib. Ukrayna avqustun sonuna qədər prezident Zelenski-Putin zirvə görüşünün keçirilməsini təklif etsə də, Kreml bunun yalnız saziş imzalanacağı təqdirdə keçirilməsini məqsədəuyğun hesab edib. Görünür, Rusiya lideri indiki Ukrayna məsələsini, gələcəkdə isə yenidən Rusiyaya mane olacaq “sarmaşığı” kökündən kəsmək istəyir. Bir sözlə, Trampın son həftələrdəki şərhləri sülhpərvər mövqeyindən fərqlidir. Təxminən iki həftə əvvəl o, atəşkəs danışıqları başlamadığı təqdirdə, ABŞ-ın Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirəcəyini açıqlamışdı. İyulun 15-də NATO-nun Baş katibi Mark Rutte ilə görüş zamanı avropalı müttəfiqlərin Ukraynaya əlavə silah-sursat, o cümlədən Patriot raketdən müdafiə sistemləri alması ilə bağlı razılaşma da imzalanmışdı. Vəziyyətin bu məqamında, hətta ABŞ diplomatları Çindən ikili təyinatlı malların ixracını dayandırmasını da istəyib. Vaşinqton iddia edir ki, bu Rusiyanın hərbi sənaye bazasına töhfə verir”.

Həmçinin oxuyun:

Moskva üzərindən böyük oyun qurulur – Bu tarixdə gerçəklər üzə çıxacaq

Şəbnəm Həsənova

Politoloq xatırladıb ki, uzun müddətdir gözlənilən Avropa İttifaqı (Aİ) və ABŞ arasında da mühüm ticarət razılaşması da imzalandı:

“Aİ bloku mal və xidmətlər daxil olmaqla, ABŞ-dan sonra dünyada ikinci yerdədir. Tərəflərin ticarəti ildə təxminən 2 trilyon dollar dəyərindədir. Ona görə də Aİ sözügedən sazişin sabitlik gətirəcəyini düşünür. Təşkilatın əsas məqsədi Rusiyanın enerji təchizatından asılılığını azaltmaq və ABŞ-dan mayeləşdirilmiş təbii qaz, neft və nüvə yanacağına sərmayəni sürətləndirməkdir. Aİ Donald Trampın səlahiyyət müddətinin qalan hissəsi ərzində Vaşinqtondan 750 milyard dollar dəyərində enerji almağı planlaşdırır. Bunlara neftin spot alışları, LNG və nüvə texnologiyası üçün uzunmüddətli müqavilələr də daxildir. Qeyd edilən razılaşma, həm də mühüm məqama təsadüf edir.

Belə ki, Aİ-nin Moskvaya qarşı sanksiyalar tətbiq etməsi Çin və Hindistanda Rusiya neftini dizelə çevirib yenidən Avropaya satan neftayırma zavodlarına təsir etdiyi zamanla toqquşur. Avropa itkini kompensasiya etmək üçün Vaşinqtona pənah gətirir. Deməli, əgər ABŞ hələ də Rusiya neftini alan ölkələrə daha çox sanksiyalar tətbiq etsə, güman ki, bu, tərəfləri daha da yaxınlaşdıracaq. Sözsüz ki, geosiyasi gərginlik fonunda bu cür gedişat qlobal təchizat zəncirlərinə və nizama əhəmiyyətli dərəcədə  təsir edəcək. İqtisadi sabitlik və geosiyasi risklərə davamlılıq göstərmək lazımdır. Bu isə infrastrukturun inkişafından, ticarətin diversifikasiyasından və beynəlxalq əməkdaşlıq vasitəsilə uyğunlaşma qabiliyyətindən asılıdır”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 İyul 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see275

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see171

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see158

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see157

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see156

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri