Icma.az
close
up
RU
Rusiyanı silahlandıran ölkələr HANSILARDIR...

Rusiyanı silahlandıran ölkələr HANSILARDIR...

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin Çinin sistemli şəkildə Rusiyaya hərbi məqsədli avadanlıq, barıt və xüsusi kimyəvi maddələr göndərməsi xəbəri geniş rezonans doğurub. Pekin Rusiya-Ukrayna müharibəsində tərəf tutmadığını və Rusiyaya müharibəni davam etdirmək üçün silah və hərbi texnika göndərmədiyini bir neçə dəfə bildirib. Bu barədə Çin Xarici İşlər Nazirliyinin davamlı açıqlamaları var.

Bunu Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.

"Buna baxmayaraq, Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin 20 Rusiya hərbi zavoduna Çindən ötürülən təchizatın həyata keçirildiyini təsdiqləyən məlumatlara malik olduğu açıqlanıb. Bu məlumata görə, Rusiyanın pilotsuz uçuş aparatları üçün istifadə etdiyi kritik elektronikanın 80%-i Çin mənşəlidir. Bu kifayət qədər böyük rəqəmdir.

Rusiya müharibənin əvvəlində dronları İrandan alırdı. Rusiya daha sonra İranla dron istehsal edən ortaq zavod tikdi. Hazırda Rusiya məhz həmin zavodun istehsal etdiyi dronlar vasitəsilə Ukrayna şəhərlərinə, qəsəbələrinə və kəndlərinə zərbələr endirir. Yəni belə bir təəssürat yarana bilər ki, Rusiya İran dronlarından istifadə edirsə və zavodda da dron istehsalı İran texnologiyaları əsasında həyata keçirilirsə, Rusiya nədən pilotsuz uçuş aparatları üçün istifadə etdiyi kritik elektronikanın 80 faizini Çindən almalıdır? Məsələ burasındadır ki, İran da vaxtilə dron istehsalı üçün gərəkli texnolgiyanı başqa dövlətlərdən almaq məcburiyyətində qalıb. Bu sırada Çin də ola bilərdi".

Politoloq vurğulayıb ki, Kiyevdən yayımlanan məlumatda Rusiya ilə Çin arasında 2024–2025-ci illər ərzində azı 5 hava əməkdaşlığı hadisəsi qeydə alınıb:

"Ukrayna kəşfiyyatının bildirdiyinə görə, bu təchizatlar sanksiyaları aşmaq məqsədilə vasitəçi firmalar və saxta adlarla həyata keçirilib. Çinlə Rusiya arasında bu gizli əməkdaşlıq beynəlxalq təhlükəsizlik üçün ciddi siqnal hesab olunur. Rusiyanın müharibədə işlətdiyi silah, mərmi və hərbi texnikanın sayı azaldıqca, ya bu sahədəki istehsalını artırmalı, ya da dost saydığı ölkələrdən hərbi texnika almalıdır. Rusiyanın bu məqsədlə müraciət etdiyi 3 ölkə var: İran, Şimali Koreya və Çin".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 May 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see354

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see229

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see222

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see220

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see220

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see215

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see210

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see209

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see206

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see191

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see190

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see190

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see190

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see187

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see183

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see183

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see177

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri