Rusiyanın 3 milyard avrosu Qərb şirkətlərinə paylanacaq Müsadirə qərarı verildi
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Belçikanın “Euroclear” depozitarisi Rusiya vətəndaşlarının və şirkətlərinin dondurulmuş aktivlərindən təxminən 3 milyard avro dəyərində vəsaiti müsadirə etməyi planlaşdırır.
“AzPolitika” “Reuters”ə istinadla xəbər verir ki, bu vəsait Rusiyada aktivlərin müsadirəsindən zərər çəkmiş Qərb investorlarına təzminat kimi veriləcək.
Məlumata görə, bu müsadirə suveren aktivlərə şamil edilməyəcək və cavab tədbiri xarakteri daşıyacaq.
Son aylarda Moskvanın “Euroclear”ın Rusiyadakı Milli Hesablaşma Depozitarında saxlanılan eyni miqdarda nağd vəsaiti müsadirə etdiyi bildirilir. Həmin pulların isə sanksiyalardan zərər çəkmiş rusiyalı investorların itkilərini kompensasiya etmək üçün istifadə edildiyi qeyd olunur.
Avropada konkret olaraq kimlərin aktivlərinə həbs qoyulacağı açıqlanmayıb. Bu addım Qərb ölkələri arasında Rusiyanın dondurulmuş suveren aktivlərinin Ukraynanın xeyrinə müsadirə olunması ilə bağlı davam edən müzakirələr fonunda baş tutur.
KİV-in məlumatına görə, Avropa İttifaqının ən böyük iqtisadiyyatları bu məsələdə ehtiyatlı yanaşır, çünki belə bir addım hüquqi problemlərə və investorların kütləvi şəkildə Avropadan çıxmasına səbəb ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 03 May 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















