Icma.az
close
up
RU
Rusiyanın anti Azərbaycan təbliğatında FİASKO

Rusiyanın anti Azərbaycan təbliğatında FİASKO

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan tərəfi “Rossotrudniçestvo” agentliyinin ölkə ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi bildiriş göndərib. 

Qeyd edək ki, son günlər kütləvi informasiya vasitələrində “Rossotrudniçestvo” agentliyinin tabeliyində olan və Bakı şəhərində yerləşən “Rus evi”nin qanunazidd fəaliyyəti ilə bağlı şübhəli faktlar yayılıb. “Rossodruniçestvo” Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli olduğundan “Rus evi”ndə anti-Azərbaycan təbliğatının aparıldığı güman edilir. 

Azərbaycan mediasının aşkara çıxartdığı məlumatlar “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakovun narazılığına səbəb olub. Hətta o, bununla bağlı açıqlama verən KİV-ləri məhkəmə ilə hədələyib. Azərbaycan Hava Yollarına məxsus “Embraer-190” sərnişin təyyarəsinin vurulmasına görə məsuliyyətdən yayınmağa çalışan Rusiya tərəfi bu məsələni öz maraqları üçün siyasiləşdirməyə çalışıb. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Rusiyadakı səfirini XİN-ə dəvət edib. 

Ona bildirilib ki, Azərbaycan KİV-lərində son dövrdə dərc edilmiş anti-Rusiya yazılar silsiləsi, həmçinin Bakıdakı “Rus evi”nə qarşı dezinformasiya kampaniyası təəccüb doğurur. Yəni bütün bu cəhdlər təyyarə qəzası ilə bağlı Azərbaycana diplomatik təzyiq etmək və “Rus evi” ilə bağlı məlumatları ört-basdır etmək məqsədi daşıyırdı. Lakin “Rus evi”nin fəaliyyətindəki qanunsuzlar bununla bitmir. O da məlum oldu ki, binanın üzərindəki lövhənin yerləşdirilməsi zamanı rus dilində yazılar böyük hərflə Azərbaycan dilindən öncə yerləşdirilməklə “Reklam haqqında” Qanunun tələblərini pozub. 

Qeyd edək ki, “Rus evi” və bu kimi layihələrin Azərbaycanın milli maraqları əleyhinə fəaliyyət göstərməsi birinci dəfə deyil. Primakovun təkziblərinə baxmayaraq, Azərbaycan xalqı çox yaxın illərdə baş vermiş bu cür faktları yaxşı xatırlayır. 

2021-ci ilin dekabr ayında həmin vaxt Azərbaycanda müvəqqəti yerləşən Rusiya sülhməramlılarının fəaliyyət zonasında “Qarabağda rus icması” adlı qondarma layihənin həyata keçirilməsinə başlanıldı. Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərlə birgə təşkil olunan siyasi oyunun məqsədi Rusiya ordusunun guya Qarabağdakı “rus icması”nın təhlükəsizliyini təmin etmək adı altında on illərlə qalmasını təmin etmək idi. 

Hətta bu planı həyata keçirmək üçün rəsmi sənədlərdə yazıçı kimi təqdim olunan Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademisyasının məzunu Aleksandr Bordovu da “rus icması”nın rəhbəri təyin etdilər. Halbuki, həmin vaxt Qarabağda bir nəfər də olsun rus milliyətindən olan sakin yaşamayıb. Qarabağda ödənişsiz rus dili kursları açılmışdı. Bu kursu bitirən ermənilərə Rusiya vətəndaşlığının verilməsi və onların hesabına “rus icması” təşkil etmək siyasəti aparılırdı. 

Hətta Ağdərədə Bakı şəhərindəki “Rus evi”nin analoqu olan “Rusiya mərkəzi” təşkil olunmuşdu. Bordov isə FTX-nin gizli zabiti kimi Qarabağda Rusiyanın imperiya planlarını həyata keçirməklə məşğul olmalı idi. O, Azərbaycan dövləti və xalqı əleyhinə yönəlmiş bu əməli törətmək üçün ləğv edilmiş qondarma rejimin rəhbərliyi ilə əməkdaşlıq edib. Lakin 2023-cü ilin sentyabr ayında Azərbaycan ordusunun Qarabağda antiterror əməliyyatı keçirərək terrorçu rejimi ləğv etməsi sözügedən planı pozdu. 

Bordov isə Qarabağdan qaçmağa məcbur oldu. Bir neçə ay sonra isə Rusiya sülhməramlıları Azərbaycan ərazisini tərk etdilər. Yəni bu gün “Rus evi” vasitəsilə Azərbaycana qarşı pozucu fəaliyyət göstərən “Rossodruniçestvo” kimi qurumlar vaxtilə Qarabağdakı belə layihələrin baş tutmamasından nəticə çıxartmalıdır. Azərbaycanda vaxtilə kəşfiyyat mərkəzi kimi istifadə olunan İran Mədəniyyət Mərkəzinin, ABŞ-nin USAİD Agentliyinin fəaliyyətinin qarşısının alınması bunu bir daha sübut edir. 

Müşfiq Abdulla
​​​​​​"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Fevral 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri