Icma.az
close
up
RU
Rahatlığın yaratdığı fiasko

Rahatlığın yaratdığı fiasko

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində son oyuna çıxıb. Bakıda Litvanı qəbul edən milli rəqibinə biabırçı hesabla uduzub – 0:5.

Komandalar arasında Litvada baş tutan oyunda yığmamızın qələbə qazanmasına görə bu görüşün də əsas favoriti məhz biz sayılırdıq. Hətta millinin azı 3-4 qol vuracağı da proqnozlaşdırılırdı. Bayıldakı matça maraq əvvəlkilərə nisbətən daha yüksək idi. Oyunla bağlı edilən reklamlar, çağırışlar, müəyyən qismi arenaya gətirə bilmişdi. İlk dəfə belə Bakıda belə atmosferdə oynayan yığma həyəcanını gizlədə bilmədi.

Matçın startı ilə 10 dəqiqəyə erkən qollar buraxan millidə oyunçulararası əlaqə qopdu. Kim hara oynayacağını bilmir, ayağına top gələn isə ya geri, ya da irəli kortəbii ötürmələr edirdi. Əvəzində fiziki baxımdan daha yaxşı görünən və sürətli əks-hücumlara çıxan rəqib fasiləyə qədər daha iki qol vurub, 4:0-lıq üstünlük yaxaladı. Fasilədən sonra dönüşü arzulayan yığma rəqibin ilk hücumundaca 5-ci dəfə millimizi məyus etməsi artıq hər şeyin üstündən xətt çəkdi. Yaranan tələskənlik çoxsaylı top itkilərinə səbəb oldu. Hücumda 3 epizod yaxalamağımıza baxmayaraq, onları da dəyərləndirmək olmadı – oyunçular ola biləcək ən pis qərarlarla diqqət çəkdi.

Görüşdən sonra məğlubiyyətin məsuliyyətini üzərinə alan baş məşqçi Siyasət Əsgərov taktiki planda səhvlər etdiyini bildirdi. Azərbaycanda qadın futbolunda güclü rəqibi olmayan, uzun illərdir yığmalarda işləyən Əsgərovun bu davranışı komandanı qorumaq üçün idi. Özü də bilirdi ki, futbolçuların arxayınlığı biabırçı nəticəyə səbəb oldu.

C5 qrupunda yer alan millinin ən yaxşı ikinci kimi pley-off oynaması üçün növbəti turda Litvanın xal itirməsi lazımdır.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 31 May 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see388

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see384

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see359

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see247

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see242

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see227

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see222

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see207

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see202

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see201

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see199

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see191

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see185

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see183

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see178

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see175

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see174

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see167

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri