Icma.az
close
up
RU
Rusiyanın Azərbaycandan Ermənistana yük tranzitinin açılması üçün canfəşanlıq etməsində şübhəli məqamlar yoxdur ki?..

Rusiyanın Azərbaycandan Ermənistana yük tranzitinin açılması üçün canfəşanlıq etməsində şübhəli məqamlar yoxdur ki?..

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Kreml çalışır ki, daim Ermənistanı həm siyasi, həm də iqtisadi baxımdan əlində saxlasın...”

"Amma bütün səylərinə baxmayaraq, Moskva Türkiyə-Ermənistan açılımının qarşısını ala bilməyəcək..."

“Mən bir vətəndaş kimi də bu məsələni ürəkdən alqışlayıram...”  

Bunu Moderator.az-a açıqlamasında  “Məlum olduğu kimi, ötən həftə Azərbaycan prezidenti İlham Əliyev Astanada Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ilə birgə mətbuata bəyanatı zamanı Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını və artıq Qazaxıstan taxılının da ölkəmiz üzərindən Gürcüstan vasitəsilə Ermənistana daşına biləcəyini bəyan edib. Oktyabrın 26-da isə Rusiya baş nazirinin müavini Aleksey Overçuk artıq rəsmi Bakının Rusiya mallarının Ermənistana keçməsinə icazə verməyə hazır olduğunu da bəyan etdiyini bildirib. Bunları necə şərh edərdiniz?” sualını cavablandıran politoloq Qabil Hüseynli söyləyib.

“Azərbaycan ərazisindən Qazaxıstandan gələn taxılın, həmçinin Rusiyadan göndərilən müxtəlif malların Ermənistana daşınmasına icazə verilməsini iki ölkə arasındakı münasibətlərin normallaşmasının bir əlaməti kimi dəyərləndirirəm. Yəni uzun müddətdir ki, dövlətlər bir-biri ilə heç bir ticarət, nəqliyyat, loqistika əlaqələri saxlamır.  Və artıq loqistik əlaqələrini nizama salırıq. Bir müddət sonra isə Zəngəzur yolu da işə salınacaq və bu əlaqələrin dairəsi, miqyası daha da genişlənəcək. Bütün bunlar 8 avqust tarixli Vaşinqton Sülh Bəyanatından sonra sülh prosesini sürətləndirən, Azərbaycanla Ermənistan arasında Yekun Sülh Sazişinin imzalanması vaxtını tezləşdirən və bir sözlə iki xalqı bir-biri yaxınlaşdıran bir amildir. Bu, indiyədək yığılmış qarşılıqlı nifrəti, kin-küdurəti atmağın bir yoludur. Mən bir vətəndaş kimi də bu məsələni ürəkdən alqışlayıram”, - həmsöhbətimiz belə deyib.  

Rusiyanın Azərbaycan üzərindən Ermənistana tranzitin açılmasında canfəşanlıq etməsində şübhəli məqamlar yoxdur ki? Çünki Kreml rəsmiləri bir yandan guya Azərbaycanla Ermənistan arasında loqistikanın tədricən bərpa olunmasını alqışlayır, bütün bunları sülhə doğru həlledici addımlar kimi dəyərləndirir, amma bilirik ki, digər yandan da Moskva Ermənistanın Türkiyə ilə sərhəd, ticarət əlaqələrinin bərpa olunmasına, başqa sözlə, erməni toplumunun iqtisadi-siyasi baxımdan qardaş ölkənin təsiri, nüfuzu altına düşməsinə qarşı gizli şəkildə müqavimət göstərir” fikrinə isə politoloq bu cür münasibət sərgiləyib:   

“Bilirsiz, Rusiya sadəcə ona görə canfəşanlıq edir ki, Azərbaycan üzərindən Ermənistana tranzit qadağasının götürülməsi onun xeyrinədir. Başqa sözlə, Kreml çalışır ki, daim Ermənistanı həm siyasi, həm də iqtisadi baxımdan əlində saxlasın. Amma bütün səylərinə baxmayaraq, Moskva Türkiyə-Ermənistan açılımının qarşısını ala bilməyəcək. Həm də ona görə ki, Türkiyə ilə Ermənistan arasında yalnız sərhəd və gömrük məntəqələri açılmayacaq, eyni zamanda diplomatik münasibətlər yaradılacaq. Bu nöqteyi-nəzərdən Ermənistan daha çox qazanır və Qərbə doğru irəliləyir. Odur ki, Rusiyanın bölgə ilə bağlı addımları bu prosesə mane ola bilməz...” 

Sultan Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Oktyabr 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see198

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see143

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see142

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri