Icma.az
close
up
RU
Rusiyanın Bakıdakı gizli şəbəkəsi... Suverenliyimizə təhlükə artır

Rusiyanın Bakıdakı gizli şəbəkəsi... Suverenliyimizə təhlükə artır

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


"Azərbaycan yaranmış fürsətdən istifadə edərək Rusiyanın nüfuz dairəsindən qurtula bilər".

Bu fikirləri politoloq Əli Mustafa Bakupost.az-a açıqlamasında, son dövrlər Azərbaycan-Rusiya münasibətlərində müşahidə olunan gərginliyi şərh edərkən bildirib.

Onun sözlərinə görə, hazırda baş verən qarşıdurmalar və artan gərginliklər strateji baxımdan həm Güney Qafqazın, həm də Azərbaycanın Rusiyadan xilasına doğru aparır:

“Rusiya tərəfi nələrsə istəyir, amma özü hər gün Azərbaycana qarşı çox qərəzli addımlar atır. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya Azərbaycanla bərabərhüquqlu tərəfdaş kimi davranmır, o, imperiya iddiası, böyük dövlət ambisiyası ilə hərəkət edir. Sanki Azərbaycan hələ də ona tabedir və onun dediyi ilə oturub-durmalıdır. Yəni Azərbaycanın suverenliyini yox sayır”.

Əli Mustafanın fikrincə, yaranmış vəziyyətdə Rusiyaya adekvat cavab verilməlidir:

“Rusiya xoş olacaqsa, xoş danışmaq, sərt olacaqsa, sərt davranmaq lazımdır. Və zatən də bu, edilir. Əsas məsələ Rusiyanın caynağından qurtulmaqdır. Rusiya Azərbaycanı hələ də özünün yarımmüstəmləkəsi kimi idarə etmək fikrindədir. Məncə, Rusiyanın buradakı mexanizmləri, həmçinin nüfuz dairəsinə aid olan şəbəkələr zəiflədilməlidir. Doğru olan vəziyyəti düzgün qiymətləndirmək və Rusiyadan qurtulmaqdır. Olacaqlara gəldikdə isə, Rusiya Ukraynada artıq kifayət qədər zəifləyib. Amma məncə bu, hələ son deyil, yəqin ki, başqa istiqamətlərdə də problemlər yaşayacaq".

Lalə Novruz,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 İyul 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri