Rusiyanın bu tələbi yersiz və mənasızdır
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
Rusiyanın əksər addımları kimi Avropadan təzminat tələbi də absurddur. Bu, Rusiyanın hələ də rasional fikirləşmə qabiliyyətinin olmadığını göstərməklə yanaşı, reallıq hissini də itirdiyini göstərir.
Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov Rusiyanın Avropadan təzminat tələbinə münasibətondə deyib.
"Rusiyanın aktivləri Ukrayna torpaqlarını işğal etdiyi üçün dondurulub. İşğalçının maliyyə qaynaqlarını kəsmək normal qanuni addımdır. Əslində, Rusiyanın artıq pullarını Avropada saxlanmasının özü onun iqtisadiyyatının zəifliyini göstərir. Çünki həmin pulların ölkədə olması inflyasiyasını artıra bilər deyə xaricdə saxlanılır. Adətən iqtisadiyyatı zəif ölkələr belə edir. İndi öz pulunu başqa ölkələrdə saxlamaqla Rusiya ilk növbədə özünü onlardan asılı vəziyyətə salıb. Həmin vəsaitlərin idarə edilməsi indi Avropanın əlindədir.
Ukrayna dəymiş ziyana Rusiyadan reparasiya tələb edir. Böyük ehtimalla həmin vəsaitlər Ukraynaya veriləcək. Rusiya bunu bildiyi üçün qabaqdangəlmişlik edir. Avropanı qorxutmağa çalışır. Hesab edirəm ki, Rusiyanın bu tələbi yersiz və mənasızdır. Heç bir dünya arbitraj məhkəməsi Rusiyanın bu absurd tələbini yerinə yetirməz" - politoloq deyib.
Cavid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 27 İyul 2026 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















