Icma.az
close
up
RU
Rusiyanın Ermənistandan “Qafan tələbi”nin səbəbləri

Rusiyanın Ermənistandan “Qafan tələbi”nin səbəbləri

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana son səfərindən sonra bəyan edib ki, Moskva Ermənistanda ikinci baş konsulluq açmaq niyyətindədir. Hələ 2023-cü ilin payızında nümayəndəliyin açılması haqqında danışılırdı, lakin konsulluq hələ açılmayıb.

Axar.az xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” məlumat yayıb.

Qafan haradır?

Qafan - Ermənistanın cənubunda, Zəngəzur rayonunun inzibati mərkəzidir, əhalisi 50 min nəfərdən çox olmayan kiçik bir şəhərdir. Zəngəzur silsiləsinin cənub-şərq yamaclarında, Voxçi çayı vadisində, Azərbaycanla sərhəddə yerləşən Ermənistan vilayətidir. Şəhər heç vaxt elm şəhəri və ya sənaye nəhəngi olmayıb və onun ən böyük müəssisəsi uzun müddət mis-molibden zavodu olaraq qalıb. Şəhərdə rus dilində danışanlar da çox azdır. Rusiyalı diplomatlar bu barədə təxminən iki il əvvəl danışıblar və qeyd ediblər ki, konsulluq təkcə Ermənistanda Rusiya vətəndaşlarının maraqlarına xidmət etməklə məşğul deyil.

Qafanda baş konsulluq nəyə görə lazımdır?

2022-ci ilin oktyabrında İran Qafanda baş konsulluq açıb. 2023-cü ilin yayında Fransa orada nümayəndəlik açmaq niyyətində olduğunu bildirib. Ardınca da Rusiya. Yəqin ki, Zəngəzur rayonuna maraq onun strateji yerləşməsi ilə bağlıdır: Qafan Ermənistanın cənubundakı ən böyük şəhərdir, Ermənistanın şimalına və İrana gedən yeganə avtomobil yolu oradan keçir. Rusiya Qafana Ermənistandakı mövcudluğunu genişləndirmək üçün fürsət kimi baxır, lakin nümayəndəliyin açılması prosesinin uzanması onu deməyə əsas verir ki, İrəvan iki ilə yaxındır ki, qəsdən bu məsələnin həllindən yayınır.

Qafandakı Baş konsulluğun iqtisadi əhəmiyyəti

Regionda kommunikasiyaların açılması vasitəsi hesab edilən Zəngəzur rayonu ərazisindən keçən nəqliyyat dəhlizi layihəsi həyata keçirilsə, o, Cənubi Qafqazda gəlirli nəqliyyat arteriyasına çevrilə bilər. Hazırda potensial tranzit şəraiti, yolun kimin çəkəcəyi barədə heç nə məlum deyil. Sadəcə, ermənilər tərəfindən tikilməyəcəyi bəllidir. Ermənistanın resurs bazası ona dəmir yolları çəkməyə imkan vermir və relslərin əvvəllər Ermənistan SSR ərazisindən keçən hissəsi çoxdan sökülüb. Yeni yol sıfırdan tikilməli olacaq və bir vaxtlar podratçı qismində Rusiyanın dövlət korporasiyası “Rusiya Dəmir Yolları”nın adı çəkilirdi, çünki Ermənistanın bütün dəmir yolları “Rusiya Dəmir Yolları” tərəfindən yaradılmış “Cənubi Qafqaz Dəmir Yolları”nın konsessiya idarəçiliyindədir. Belə olan halda Zəngəzur tez bir zamanda rusiyalı mütəxəssislərlə dolacaqdı. Onda Qafandakı baş konsulluq özünü doğruldacaq.

Qafandakı baş konsulluğun hərbi əhəmiyyəti

Rusiya hərbçiləri Ermənistan ərazisində ikinci hərbi bazanın yaradılmasının məqsədəuyğunluğu barədə fikirlərini bildirib. NATO Zəngəzura diqqət yetirir, Ermənistanın KTMT-dən çıxacağı təqdirdə orada monitorinq qrupları yerləşdirmək istəyir. Maraqlıdır ki, Rusiyanın yeganə baş konsulluğu da İrəvanda deyil, Rusiyanın 102-ci hərbi bazasının yerləşdiyi Gümrü şəhərində yerləşir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://axar.az
archiveBu xəbər 31 May 2025 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri