Icma.az
close
up
RU
Menu

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Radiatorlarınızın daha tez isinməsi üçün bu əşyanı evinizdən çıxarın!

Rusiyanın dəhşətli diversiya planı İFŞA EDİLDİ

Rusiyanın dəhşətli diversiya planı İFŞA EDİLDİ

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mövcud vəziyyət onu göstərir ki, Ukrayna savaşı artıq klassik hərbi qarşıdurma formatından çıxaraq, qlobal çoxvektorlu müharibəyə çevrilib... Bu baxımdan, hazırda ABŞ və Qərbin Rusiya ilə bir neçə istiqamət üzrə mübarizə aparmaq məcburiyyətində qaldığı qətiyyən şübhə doğurmur...

Ukrayna savaşı yeni mərhələyə keçib və fərqli keyfiyyət və məzmun qazanmağa başlayıb. Belə ki, indi Rusiya yalnız Ukraynaya qarşı işğalçı müharibə aparmaqla, qətiyyən kifayətlənmir. Kreml son vaxtlar birbaşa ABŞ və Qərbi də hədəf almağa çalışır. Yəni, ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarına cavab olaraq, Kreml diversiya taktikasına keçid etməyə başlayıb. Və bu, ABŞ da daxil olmaqla, Rusiyanın NATO ölkələrinə qarşı hibrid müharibə aparmaq niyyətində olduğunu göstərir.

Ona görə də, Ukrayna müharibəsi indi artıq sadəcə, Donbas və ya cəbhə xəttindəki hərbi əməliyyatlarla məhdudlaşmır. Yəni, Ukrayna savaşının inkişaf dinamikası onu göstərir ki, hərbi qarşıdurma hazırda həm iqtisadi, həm siyasi-diplomatik, həm də kəşfiyyat müstəvisində genişlənir. Ukraynanın Rusiya ərazisində neft emalı zavodlarına hücumları, Avropa Birliyinin 19-cu sanksiya paketi hazırlığı və Kremlin NATO sərhədləri daxilində diversiya əməliyyatlarına əl atması bu savaşın çoxvektorlu xarakterini də üzə çıxarır.  Dominos pizza

Məsələ ondadır ki, Kremlin işğalçı mövqedə israrına qarşılıq olaraq, Ukrayna Rusiyaya strateji enerji zərbələri ilə cavab verməyə çalışır. Belə ki, son aylarda Ukrayna ordusu Rusiyanın neft emalı zavodlarını hədəfə alaraq, yeni strateji xətt formalaşdırıb. Və bu zərbələr Kremlin iqtisadi dayanıqlığını zəiflətməklə yanaşı, Rusiya ordusunun yanacaq təminatına da ciddi neqativ təsir göstərir.

Onu da qeyd etmək lazımdır ki, Ukraynanın enerji obyektlərinin sıradan çıxartması Rusiyanın ixrac imkanlarını ciddi şəkildə daraldır. Nəticədə Kremlin büdcə gəlirlərinin azalması Rusiya cəmiyyətində sosial-siyasi gərginliyi dərinləşdirir. Üstəlik, rəsmi Kiyevin bu taktikası həm də Qərbin Rusiyaya qarşı tətbiq etdiyi enerji sanksiyalarını daha da effektiv edir. Və bununla da Ukrayna Rusiyaya qarşı cəbhədəki hərbi müqavimətini Kreml üçün ən ağrılı sahə olan iqtisadiyyat üzərindən tamamlayır.

Alyaska görüşündə Ağ Ev sahibi Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında əldə olunan anlaşmaların pozulmasından sonra Avropa Birliyi yeni sanksiya mexanizmi hazırlığına start verib. Bu baxımdan, Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın son açıqlaması böyük maraq doğurur. Çünki o, bildirib ki, Kreml Ukraynaya kompensasiya ödəmədiyi müddətdə Rusiyanın dondurulmuş aktivlərinə sahib ola bilməyəcək. Və bu, bir neçə mühüm məqamı ortaya çıxarmış olur. 

Maraqlıdır ki, Avropa Birliyi indi artıq Rusiyaya qarşı sadəcə, iqtisadi təzyiqlər göstərməklə kifayətlınmir, Kreml üçün maliyyə məsuliyyəti də tələb edir. Yəni, Avropa Birliyinin mövqeyi onu göstərir ki, Ukrayna savaşı ilə bağlı sülh razılaşması olsa belə, Rusiya nəhəng məbləğdə “cərimə” ödəmədən Qərb bazarlarına tam geri qayıda bilməyəcək. Bu yanaşma Rusiyanı Ukrayna müharibəsinin yalnız hərbi yox, həm də hüquqi nəticələri ilə də üz-üzə qoyur. Və beləliklə, Avropa Birliyi Rusiyaya mesaj verir ki, müharibəni dayandırmaq kifayət deyil, Ukraynanın dağıdılmasının bədəlini də ödəmək lazım gələcək.

Bütün bunlarla yanaşı, son vaxtlar Rusiya kəşfiyyatının NATO-ya qarşı gizli savaş açdığı barədə də ciddi məlumatlar mövcuddur. Belə ki, "New York Times"ın araşdırmalarına görə, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) NATO ölkələrində gizli diversiya əməliyyatları aparmağa başlayıb.Və son aylarda törədilmiş olduqca ciddi hadisələr də bunu təsdiqləyir.

Məsələ ondadır ki, Böyük Britaniyada strateji yüklərin yığıldığı anbarlarda şübhəli yanğınlar törədilib, Norveçdə bəndə hücum edilib. Baltik dənizində isə kabel xətlərinə müdaxilə cəhdləri göstərilib. Almaniya üzərindən Ukraynaya hərbi yüklərin daşınmasına əngəl törətmək üçün xüsusi diversiya planı işə salınıb. Bu əməliyyatların əsas məqsədi isə NATO ölkələrinin Ukraynaya yardımlarını ləngitmək və Avropa ölkələrinin cəmiyyətlərində qorxu mühiti yaratmaqdır. Ancaq ABŞ-ın dünyaca ünlü kəşfiyyat qurumu CIA və Almaniyanın əsas kəşfiyyat təşkilatı BND tərəfindən Rusiyanın planlarının ifşa olunması onu göstərir ki, Qərb xüsusi xidmət orqanları artıq Kremlin bu diversiya kampaniyasına qarşı birgə fəaliyyət göstərir. 

Təbii ki, bütün bunlar olduqca ciddi geopolitik nəticələr doğurur. Belə ki, Ukrayna iqtisadi obyektlərə birbaşa hücumlarla Rusiyanı uzunmüddət üçün zəiflətmə strategiyası izləyir. Rusiya həm sanksiyalar, həm də diversiya planlarının ifşası ilə siyasi-diplomatik və maliyyə-iqtisadi təcridə sürüklənir. Avropa Birliyi Rusiyaya qarşı sanksiya siyasətini hüquqi və maliyyə məsuliyyəti ilə gücləndirərək, Ukrayna müharibəsindən sonrakı mərhələni də indidən formalaşdırır. ABŞ və NATO ölkələri isə Rusiyanın hibrid savaş təhdidlərinə qarşı kəşfiyyat əməkdaşlığını daha da intensivləşdirir.

Göründüyü kimi, mövcud vəziyyət onu göstərir ki, Ukrayna savaşı artıq klassik hərbi qarşıdurma formatından çıxaraq, qlobal hibrid müharibəyə çevrilib. Enerji obyektlərinə zərbələr, beynəlxalq hüquqi mexanizmlərlə maliyyə təzyiqləri və gizli kəşfiyyat mübarizəsi Ukrayna savaşını yalnız Şərqi Avropanın deyil, bütün Avroatlantik məkanın təhlükəsizlik gündəminin mərkəzinə çəkir. Və bu baxımdan, hazırda ABŞ və Qərbin Rusiya ilə bir neçə istiqamət üzrə mübarizə aparmaq məcburiyyətində qaldığı qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,

Siyasi ekspert,

"Yeni Müsavat" Media Qrupu


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 Avqust 2025 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see349

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see316

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see303

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see300

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see292

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see291

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see257

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see254

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see219

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see216

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see215

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see206

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see205

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see202

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see198

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see196

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see193

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see192

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see175

Radiatorlarınızın daha tez isinməsi üçün bu əşyanı evinizdən çıxarın!

13 Oktyabr 2026 16:15see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri