Icma.az
close
up
RU
Kreml ABŞ və Qərbə qarşı hibrid savaşa başlayıb: Qərb kəşfiyyatı Rusiyanın dəhşətli diversiya planını ifşa etdi

Kreml ABŞ və Qərbə qarşı hibrid savaşa başlayıb: Qərb kəşfiyyatı Rusiyanın dəhşətli diversiya planını ifşa etdi

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mövcud vəziyyət onu göstərir ki, Ukrayna savaşı artıq klassik hərbi qarşıdurma formatından çıxaraq, qlobal çoxvektorlu müharibəyə çevrilib... Bu baxımdan, hazırda ABŞ və Qərbin Rusiya ilə bir neçə istiqamət üzrə mübarizə aparmaq məcburiyyətində qaldığı qətiyyən şübhə doğurmur...

Ukrayna savaşı yeni mərhələyə keçib və fərqli keyfiyyət və məzmun qazanmağa başlayıb. Belə ki, indi Rusiya yalnız Ukraynaya qarşı işğalçı müharibə aparmaqla, qətiyyən kifayətlənmir. Kreml son vaxtlar birbaşa ABŞ və Qərbi də hədəf almağa çalışır. Yəni, ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarına cavab olaraq, Kreml diversiya taktikasına keçid etməyə başlayıb. Və bu, ABŞ da daxil olmaqla, Rusiyanın NATO ölkələrinə qarşı hibrid müharibə aparmaq niyyətində olduğunu göstərir.

Ona görə də, Ukrayna müharibəsi indi artıq sadəcə, Donbas və ya cəbhə xəttindəki hərbi əməliyyatlarla məhdudlaşmır. Yəni, Ukrayna savaşının inkişaf dinamikası onu göstərir ki, hərbi qarşıdurma hazırda həm iqtisadi, həm siyasi-diplomatik, həm də kəşfiyyat müstəvisində genişlənir. Ukraynanın Rusiya ərazisində neft emalı zavodlarına hücumları, Avropa Birliyinin 19-cu sanksiya paketi hazırlığı və Kremlin NATO sərhədləri daxilində diversiya əməliyyatlarına əl atması bu savaşın çoxvektorlu xarakterini də üzə çıxarır.

 

Məsələ ondadır ki, Kremlin işğalçı mövqedə israrına qarşılıq olaraq, Ukrayna Rusiyaya strateji enerji zərbələri ilə cavab verməyə çalışır. Belə ki, son aylarda Ukrayna ordusu Rusiyanın neft emalı zavodlarını hədəfə alaraq, yeni strateji xətt formalaşdırıb. Və bu zərbələr Kremlin iqtisadi dayanıqlığını zəiflətməklə yanaşı, Rusiya ordusunun yanacaq təminatına da ciddi neqativ təsir göstərir.

Onu da qeyd etmək lazımdır ki, Ukraynanın enerji obyektlərinin sıradan çıxartması Rusiyanın ixrac imkanlarını ciddi şəkildə daraldır. Nəticədə Kremlin büdcə gəlirlərinin azalması Rusiya cəmiyyətində sosial-siyasi gərginliyi dərinləşdirir. Üstəlik, rəsmi Kiyevin bu taktikası həm də Qərbin Rusiyaya qarşı tətbiq etdiyi enerji sanksiyalarını daha da effektiv edir. Və bununla da Ukrayna Rusiyaya qarşı cəbhədəki hərbi müqavimətini Kreml üçün ən ağrılı sahə olan iqtisadiyyat üzərindən tamamlayır.

Alyaska görüşündə Ağ Ev sahibi Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında əldə olunan anlaşmaların pozulmasından sonra Avropa Birliyi yeni sanksiya mexanizmi hazırlığına start verib. Bu baxımdan, Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın son açıqlaması böyük maraq doğurur. Çünki o, bildirib ki, Kreml Ukraynaya kompensasiya ödəmədiyi müddətdə Rusiyanın dondurulmuş aktivlərinə sahib ola bilməyəcək. Və bu, bir neçə mühüm məqamı ortaya çıxarmış olur.

 

Maraqlıdır ki, Avropa Birliyi indi artıq Rusiyaya qarşı sadəcə, iqtisadi təzyiqlər göstərməklə kifayətlınmir, Kreml üçün maliyyə məsuliyyəti də tələb edir. Yəni, Avropa Birliyinin mövqeyi onu göstərir ki, Ukrayna savaşı ilə bağlı sülh razılaşması olsa belə, Rusiya nəhəng məbləğdə “cərimə” ödəmədən Qərb bazarlarına tam geri qayıda bilməyəcək. Bu yanaşma Rusiyanı Ukrayna müharibəsinin yalnız hərbi yox, həm də hüquqi nəticələri ilə də üz-üzə qoyur. Və beləliklə, Avropa Birliyi Rusiyaya mesaj verir ki, müharibəni dayandırmaq kifayət deyil, Ukraynanın dağıdılmasının bədəlini də ödəmək lazım gələcək.

Bütün bunlarla yanaşı, son vaxtlar Rusiya kəşfiyyatının NATO-ya qarşı gizli savaş açdığı barədə də ciddi məlumatlar mövcuddur. Belə ki, "New York Times"ın araşdırmalarına görə, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) NATO ölkələrində gizli diversiya əməliyyatları aparmağa başlayıb.Və son aylarda törədilmiş olduqca ciddi hadisələr də bunu təsdiqləyir.

Məsələ ondadır ki, Böyük Britaniyada strateji yüklərin yığıldığı anbarlarda şübhəli yanğınlar törədilib, Norveçdə bəndə hücum edilib. Baltik dənizində isə kabel xətlərinə müdaxilə cəhdləri göstərilib. Almaniya üzərindən Ukraynaya hərbi yüklərin daşınmasına əngəl törətmək üçün xüsusi diversiya planı işə salınıb. Bu əməliyyatların əsas məqsədi isə NATO ölkələrinin Ukraynaya yardımlarını ləngitmək və Avropa ölkələrinin cəmiyyətlərində qorxu mühiti yaratmaqdır. Ancaq ABŞ-ın dünyaca ünlü kəşfiyyat qurumu CIA və Almaniyanın əsas kəşfiyyat təşkilatı BND tərəfindən Rusiyanın planlarının ifşa olunması onu göstərir ki, Qərb xüsusi xidmət orqanları artıq Kremlin bu diversiya kampaniyasına qarşı birgə fəaliyyət göstərir.

 

Təbii ki, bütün bunlar olduqca ciddi geopolitik nəticələr doğurur. Belə ki, Ukrayna iqtisadi obyektlərə birbaşa hücumlarla Rusiyanı uzunmüddət üçün zəiflətmə strategiyası izləyir. Rusiya həm sanksiyalar, həm də diversiya planlarının ifşası ilə siyasi-diplomatik və maliyyə-iqtisadi təcridə sürüklənir. Avropa Birliyi Rusiyaya qarşı sanksiya siyasətini hüquqi və maliyyə məsuliyyəti ilə gücləndirərək, Ukrayna müharibəsindən sonrakı mərhələni də indidən formalaşdırır. ABŞ və NATO ölkələri isə Rusiyanın hibrid savaş təhdidlərinə qarşı kəşfiyyat əməkdaşlığını daha da intensivləşdirir.

Göründüyü kimi, mövcud vəziyyət onu göstərir ki, Ukrayna savaşı artıq klassik hərbi qarşıdurma formatından çıxaraq, qlobal hibrid müharibəyə çevrilib. Enerji obyektlərinə zərbələr, beynəlxalq hüquqi mexanizmlərlə maliyyə təzyiqləri və gizli kəşfiyyat mübarizəsi Ukrayna savaşını yalnız Şərqi Avropanın deyil, bütün Avroatlantik məkanın təhlükəsizlik gündəminin mərkəzinə çəkir. Və bu baxımdan, hazırda ABŞ və Qərbin Rusiya ilə bir neçə istiqamət üzrə mübarizə aparmaq məcburiyyətində qaldığı qətiyyən şübhə doğurmur.(musavat.com)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 Avqust 2025 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see320

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see228

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see208

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see202

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see193

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see165

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see154

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see135

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see134

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see134

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see133

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see133

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see132

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see130

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see129

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see126

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see126

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see125

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see125

Ukraynada dronlara qarşı müdafiə üçün helikopter qrupları yaradılacaq

14 Oktyabr 2025 03:21see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri