“Rusiyanın dondurulmuş aktivləri Ukraynanın bərpası üçün istifadə edilməlidir”
Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Rusiyanın dondurulmuş aktivləri müharibə bitdikdən sonra Ukraynanın bərpası üçün istifadə edilməlidir”.
Missiya.Az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron “TF1” telekanalına müsahibəsində deyib.
"Müharibə bitəndə biz Ukraynanın bərpasında iştirak etmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etməli olacağıq. Amma hələlik heç bir hüquqi əsas yoxdur", - deyə siyasətçi vurğulayıb.
Makron qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin danışıqlar üçün İstanbula gedib-getməyəcəyi barədə hələlik məlumat yoxdur.
Fransa Prezidenti bildirib ki, Paris Kremldən reaksiya gözləyir.
"Məqsəd ərazilər və təhlükəsizlik təminatları məsələsini müzakirə etmək üçün quruda, havada və dənizdə atəşkəsə nail olmaqdır", - deyə Makron əlavə edib.
Siyaətçi həmçinin Ukraynaya dəstəyin, xüsusilə də Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsinin vacibliyini bəyan edib.
Onun fikrincə, sülh sazişi bağlandıqdan sonra təhlükəsizliyin ilkin təminatı Ukrayna ordusunun gücləndirilməsi olmalıdır və hazırda fəal şəkildə təlim keçirilir. Bunun üçün böyük miqdarda silah tələb olunur, ona görə də müdafiə sektoruna investisiyalar gələcəkdə də davam edəcək.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 14 May 2025 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















