Icma.az
close
up
RU
Rusiyanın dövlət televiziyalarında Azərbaycana qarşı TƏXRİBAT KONKRET

Rusiyanın dövlət televiziyalarında Azərbaycana qarşı TƏXRİBAT KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Son günlər Rusiya dövlət televiziyalarında yayımlanan bəzi süjetlər və verilişlər Azərbaycana qarşı açıq-aşkar qərəzli mövqe nümayiş etdirir. Bu materiallarda hətta Azərbaycanın suveren ərazisi olan Qarabağ uydurma “Artsax” adlandırılır, Ermənistan hökuməti isə bölgədən könüllü şəkildə çıxan ermənilərə guya lazımi yardım göstərməməkdə günahlandırılır. Halbuki beynəlxalq hüquq normalarına əsasən, Qarabağ Azərbaycanın tərkib hissəsidir, qondarma “Artsax” ölkə adı yox, terror yuvasının adı olub və burada yaşayan ermənilər də ərazimizi könüllü şəkildə tərk ediblər. Deməli, Rusiya bunu bildiyi halda, əksinə hərəkət edir. Dövlət kanalında belə sərsəm fikirlər səsləndirilsə, bu, təxribatdan başqa bir şey deyil və məqsədyönlü xarakter daşıyır.

KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Pərvanə Vəliyeva bu barədə müsahibə verib.

Deputat bildirib ki, Azərbaycan əleyhinə qərəzli və əsassız fikirlərin səsləndirilməsi, Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı aqressiv və qeyri-humanist davranışı və ritorikası iki ölkə arasında münasibətlərə zərər gətirir:

“Xüsusilə zaman-zaman Rusiyanın müxtəlif media resurslarının “Stepanakert”, “Dağlıq Qarabağ respublikası” və “Arstax” kimi qondarma məfhumlara yer verməsi Azərbaycanın suverenliyinə qarşı açıq təxribatdır. Rusiya TV kanalı tərəfindən Azərbaycanın Qarabağ bölgəsindən könüllü olaraq köçmüş erməni əhalisinin vəziyyəti ilə əlaqədar guya narahatlıqların ifadə edilməsi isə absurddur. Rusiya tərəfi hətta irəli gedərək üstündən iki il keçəndən sonra Qarabağdan Ermənistana köçmüş şəxslərə humanitar yardım etməyə başlayıb. Mətbuatda ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası çərçivəsində istifadə edilən tezislərin Rusiya dövlət təmsilçiləri tərəfindən də istifadə edilməsi bu “orkestrin” arxasında Kremlin olmasını açıq şəkildə göstərir”. 

“Təyyarəmizin Rusiya tərəfindən vurulması, zərərçəkən tərəflərə kompensasiyanın ödənilməməsi, hadisəni törədənlərin cəzalandırılmaması, tələb olunan şəkildə ciddi araşdırmaların aparılmaması, Azərbaycan tərəfinin məsələ ilə bağlı haqlı tələblərinə laqeyd yanaşma artıq Azərbaycanı bu məsələdə beynəlxalq mühakiməyə getməyə vadar etdi.

Bu kimi məsələlər daha çox daxili auditoriyaya hesablanır. Belə ki, süni gərginliyin yaradılması uğursuzluqları üçüncü qüvvə hesabına ört-basdır etməyə cəhdlərdir. Regionda yaranmış hazırkı reallıqla barışmaq bəzi qüvvələr üçün çətindir. Onlar anlayırlar ki, Qarabağ məsələsində ölkəmizə təsir etmək artıq mümkün olmayacaq. Bunu qəbul etmək və bərabərhüquqlu münasibətlər qurmaq lazımdır”, – deyə parlamentari vurğulayıb.

Millət vəkili əlavə edib ki, İvan Ayvazovskinin büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın razılığı olmadan Xankəndidə quraşdırılması Rusiyanın “mədəniyyət” pərdəsi altında ərazidə möhkəmlənmək cəhdi idi:

“Azərbaycanın bu büstü sökməsi ölkəmizin suveren hüququdur. Ərazimizlə bağlı bütün qərarlar və hüquqlar dövlətimizə məxsusdur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Avqust 2025 22:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see141

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see136

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see128

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see128

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see127

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see126

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri