Icma.az
close
up
RU
Rusiyanın ədəbsiz işğal mahiyyəti Elçin Əlibəyli yazır

Rusiyanın ədəbsiz işğal mahiyyəti Elçin Əlibəyli yazır

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəlil Rza yazırdı:
“Puşkin idi yaxşısı,
‘Смирись, Кавказ, Ермолов идет’.
Böylə yazdı idiot.”
Lermontovdu yaxşısı,
Şer yazan əlində durur hələ bu gün də
Qanlı Çeçenistanın,
Topla, tankla girdiyi neçə bağın, bostanın.
Bu, çox emosional təsir bağışlayır. Onda keçək “kübar” və “soyuqqanlı” rus klassikası ilə rus mahiyyətinin izahına. Bu gün bütün dünyada rusdilli “mədəniyyət” ideyasını müdafiə edənlər görəsən Pasternakı oxuyublarmı? “Doktor Jivaqo” romanına görə Nobel mükafatına layiq görülən Pasternakı. Elə həmin Pasternakı ki, Rusiyada zamanlar yenə də ənənəvi şəkildə çətin olduğuna görə o, bu mükafatdan imtina etməyə məcbur qalmışdı.
Özünü xatırladığı vaxtdan bəri heyrətlənməkdən vaz keçən Pasternak yazırdı: necə olur ki, əl-ayaqların eyni olduğu, dilin və vərdişlərin ortaq olduğu bir halda insan hamı kimi olmaya bilər və üstəlik, az adamın xoşuna gələn, sevilməyən bir şey ola bilər. Maraqlıdır və yenə də rusun mahiyyətini göstərir. Rus klassikasını rus dilində oxuyanda rusun mahiyyətini daha dəqiq anlayırsan. Klassika elə buna görə klassikadır ki, bütün zamanlar üçün aktuallığını qoruyur.
M.Bulqakovun “Master və Marqarita” əsərində Moskvaya gələn Volanddan Berlioz soruşur:
– Harada yaşayacaqsınız?
Voland cavab verir:
– Sizin mənzilinizdə.
Jirinovski də Gürcüstan haqqında 2008-ci ildə deyirdi: “Biz orada yaşayacağıq, onlar isə bizim üçün işləyəcəklər. Cənubi Osetiya isə NATO-ya yönəlmiş Gürcüstana qarşı bizim ön cəbhə hərbi bazamız olacaq”.
2008-ci ildə Rusiya Gürcüstana qarşı müharibə apardı. Avqustun 5 günü ərzində 1000 nəfəri qətlə yetirən Rusiya Putinin dili ilə danışdı: “Mən gürcü xalqına qarşı ən xoş münasibətə malik olduğumu deyəndə nə zarafat edirəm, nə də istehza ilə danışıram”.
M.Qorki “Dibdə” pyesində Satinin dili ilə deyir: “İnsana hörmət etmək lazımdır, ona yazığı gəlmək yox, mərhəmətlə alçaltmaq yox, məhz hörmət etmək lazımdır”.
Sonra nə dedi Putin? 2014-cü ilin martında: “Ukrayna rusların ölkəsidir”. Sonra nə oldu? 24 fevral 2022-ci ildə: “Bununla əlaqədar olaraq, BMT Nizamnaməsinin 51-ci maddəsinin 7-ci hissəsinə uyğun şəkildə, Rusiya Federasiya Şurasının sanksiyası ilə və cari ilin 22 fevralında Federal Məclis tərəfindən ratifikasiya edilmiş Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası ilə dostluq və qarşılıqlı yardım haqqında müqavilələrin icrası çərçivəsində mən xüsusi hərbi əməliyyatın keçirilməsi barədə qərar qəbul etmişəm”. Yüz minlərin qanını tökən Ukrayna müharibəsi başladı.
Ukraynalı jurnalistin 2016-cı ilin yanvarında Donbasda Rusiya Federasiyasının fəaliyyəti ilə bağlı “Rusiya diplomatiyası ‘русский мир’ kimi bir anlayışın bu cür kombinasiyasını necə reabilitasiya edəcək? Çünki siz artıq bütün planetə göstərmisiniz ki, bu, rus dünyası deyil, rus müharibəsi və rus ölümüdür” sualına xarici işlər naziri Lavrov belə cavab verdi: “Rus dünyası mövcuddur. Bu, layihə deyil, obyektiv reallıqdır. Yaxın vaxtlara qədər bizdə soydaşlarımıza kömək etməyə vaxt tapılmırdı ki, onlar özlərini ikinci dərəcəli insanlar kimi hiss etməsinlər, ana dillərində danışmaq imkanından məhrum edilməsinlər. Bu, Ukraynada yaşayan ruslara da aiddir”.
Gerçəkdən də “Russkiy mir” hər yerə müharibə gətirir.
19 avqust 2024-cü ildə Bakıda Putin dedi: “Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Bu münasibətlərin əsasını bərabərlik, bir-birinin maraqlarını nəzərə almaq və əlbəttə, əsrlər boyu xalqlarımızı birləşdirən sıx insani və mədəni bağlar təşkil edir”. 25 dekabrda təyyarənin vurulması, azərbaycanlı diasporaya qarşı terror və repressiyaları başlatdı.
18 mart 2015-ci ildə Putin konsert zamanı çıxış edərək dedi: “Söhbət milyonlarla rus insanından, milyonlarla soydaşımızdan gedir ki, onlar bizim köməyimizə və dəstəyimizə ehtiyac duyurlar. Biz bütün bunların bizim üçün nə qədər vacib olduğunu anladıq”.
B.Pasternakın “Doktor Jivaqo” əsərində Lara Antipova deyir: “Sevgidən də daha vacib bir şey var. Günah. Günah hissi”. Günah hissinin əvəzində nə oldu?
F.Dostoyevskinin “Cinlər” əsərində inqilabi özəyin əsas ideya müəllifi Pyotr Verxovenski deyir: “Biz yanğınlar törədəcəyik. Biz əfsanələr uyduracağıq, dağıntını bəyan edəcəyik. Elə bir silkələnmə başlayacaq ki, dünya hələ belə bir şey görməyib. Qoy bir nəsil yetişsin. Bir-iki azğın nəsil lazımdır. Eşidilməmiş, həqiqi bir azğınlıq — insanın iyrənc, qorxaq, qəddar, özünü sevən bir varlığa çevrildiyi azğınlıq”.
İndi biz bu azğınlığı bütün Rusiya boyunca görürük. M.Bulqakovun “İt ürəyi” əsərində doktor Preobrajenski demişkən: “Ev məhv oldu. Hər şey yağ kimi gedəcək. Əvvəlcə hər axşam oxumalar olacaq, sonra tualetlərdə borular donacaq, daha sonra buxar isitmə sistemi partlayacaq və beləcə davam edəcək”.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin təyyarə qəzasının ildönümü ərəfəsində Bakıya gəldi. N.Qoqolun “Müfəttiş” pyesində şəhər valisi müfəttişin gəldiyini elan edərək deyir: “İndiyə qədər, Allaha şükür, başqa şəhərlərə sarı gedirdilər, indi isə növbə bizim şəhərə çatdı”. Buna məhkəmə sədri Lyapkin-Tyapkin cavab verir: “Burada daha incə və daha çox siyasi bir səbəb var. Bu o deməkdir ki, Rusiya… bəli… müharibə aparmaq istəyir və nazirlik də, bax görürsünüz, haradasa xəyanət olub-olmadığını öyrənmək üçün bir məmur göndərib”.
Qaluzin Bakıya gəlib nəsə istədi. Biz isə heç nə istəmədik, çünki rus klassikasını ruslardan yaxşı bilirik. M.Bulqakov “Master və Marqarita” əsərində Volandın dili ilə deyirdi: “Heç vaxt heç nə istəməyin. Heç vaxt və heç nə. Xüsusilə də sizdən güclü olanlardan. Özləri təklif edəcəklər. Və hər şeyi özləri verəcəklər”.
Biz bilirik ki, İ.S.Turgenyev demişkən, “Rus bütün dünyada ən böyük və ən həyasız yalançıdır”. Ədəbi nümunələr rus mahiyyətini bədii dillə göstərir, çünki Rusiyanı adi, normal ağıl ilə anlamaq olmur. Elm də bu fikirdədir. Akademik İ.P.Pavlov deyirdi: “Rus insanı haqqında kədərli baxışımı bildirməliyəm — onun beyin sistemi o qədər zəifdir ki, reallığı olduğu kimi qavramaq qabiliyyətinə malik deyil. Onun üçün yalnız sözlər mövcuddur. Onun şərti refleksləri hərəkətlərlə deyil, sözlərlə əlaqələndirilir”.
Reallığı qavraya bilməyən Rusiya görəsən hansı reallığı yaratmaq istəyir?

İstinad: https://elchinalibayli.wordpress.com/2025/12/16/rusiyanin-ədəbsiz-isgal-mahiyyəti/

Facebook WhatsApp Telegram Twitter Share

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 Dekabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see255

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see253

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see230

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see214

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see202

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see173

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see172

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see163

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see153

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see150

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see149

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see147

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see145

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see141

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see140

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see139

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see134

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see131

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri