Icma.az
close
up
RU
Qulamhüseyn Əlibəyli: “Rusiyanın siyasəti tükənir”

Qulamhüseyn Əlibəyli: “Rusiyanın siyasəti tükənir”

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsindən sonra Rusiyadan Azərbaycana qarşı kütləvi informasiya kampaniyası ilə bağlı bəyanat yayıb.

Məlum bəyanatın qısa özətində bunlar qeyd olunub:

“Avqustun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi yayılandan dərhal sonra Rusiya Federasiyası ərazisindən ölkəmizə qarşı kütləvi surətdə informasiya kampaniyasına start verilib.

Monitorinq zamanı müəyyən olunub ki, aparıcının Zəngəzur dəhlizi ilə bağlı sualına Azərbaycan Prezidentinin tarixi faktlara əsaslanan cavabı kontekstdən çıxarılaraq saxtalaşdırılmış və ya təhrif olunmuş formada rus oxucusuna təqdim edilir. 

Rusiya cəmiyyətində anti-Azərbaycan təbliğatını alovlandırmaq məqsədilə təşkil edilən kampaniya televiziya kanalları və xəbər saytları, sosial media platformaları və müəyyən təsiretmə roluna malik radikal mövqeli şəxslər vasitəsilə aparılır”.

Bildirək ki, rus mediasının ölkəmizə qarşı bu yanaşması birmənalı qarşılanmır. Çünki bu tip addımlar Azərbaycan və Rusiya arasındakı münasibətlərin pozulmasına hesablanıb. Görünür, rus mediasının da arxasında bunu istəyən hansısa qüvvələr dayanır. 

Bəs bu qüvvələr kimlərdir və onların məqsədləri nələrdir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən politoloq Qulamhüseyn Əlibəyli bildirib ki, bu qüvvələrin məqsədi Azərbaycan və Rusiya arasındakı münasibətləri pisləşdirməkdir:

“Hətta dövlətlərarası münasibətlərə xələl gəlməsini istəyirlər. Düzdür, onlar arasında ermənipərəst şəxslərin olması mümkündür. Hesab edirəm ki, bu, daha çox Rusiya hakimiyyətinin icazəsindən irəli gələn məsələdir. Hətta bu göstərişlərin birbaşa Kremldən gəldiyini düşünürəm.

Nəzərə almaq lazımdır ki, Rusiya artıq Cənubi Qafqazdan çıxır. Hazırda Mosvkavanın Gürcüstan və Ermənistanla münasibəti gərgindir. İndi də Azərbaycanla gərginlik yaratmaq istəyirlər. Düşünürlər ki, guya bu yolla adıçəkilən dövlətlərə təsir edərək Cənubi Qafqazda qalacaqlar”.

Ekspert qeyd edib ki, Rusiya Cənubi Qafqazdan çıxmamaq üçün hər cür vasitəyə əl atır:

“Onlardan da biri media vasitəsidir. Guya media və siyasi ekspertlər vasitəsilə ölkəmizə təsir edə biləcəklərini zənn edirlər. Lakin başa düşmürlər ki, Azərbaycan öz yolunu tutmuş, Cənubi Qafqazın lider dövlətidir.

Bu cür xırda məsələlərlə ölkəmizə təsir etmək mümkün deyil. Kreml hələ də Sovet taktikalarından istifadə etməyə çalışır. Bu, o deməkdir ki, Rusiyanın siyasəti tükənir”.  

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Rusiya Azərbaycan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Sentyabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri