“Rusiyanın Ermənistanda qarşıdurma yaratmaq ehtimalı çox aşağıdır”
Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.
“Bizim bəzi politoloqlar Ermənistanda iyun ayının 7-də keçirilən parlament seçkisindən sonra ciddi toqquşmaların baş verməsi ehtimalından danışırlar. Şübhəsiz ki, burada Rusiya faktorunun önəmli rol oynaması istisna olunmur. Qərbi Azərbaycanda orta məktəbi bitirdiyimdən bizə erməni dili dərsi də keçirdilər”.
Adalet.az xəbər verir ki, bunu sabiq millət vəkili Etibar Əliyev deyib.
“Bu dili pis öyrənməmişəm və Ermənistanda namizədlərin seçki marafonunu xeyli müddətdir ki, izləyirəm. Gəldiyim qənaət; Bu ölkədə insanları vətəndaş müharibəsinə sürükləyən impuls yoxdur; Müharibə tərəfdarı ekstremist ünsürlərin bir qismi ölüb, yerdə qalanlar isə susqunluq nümayiş etdirirlər; Koçaryanın görüşlərində onun pessimist durumda olması açıq-aşkar hiss olunur, əhali onu dəstəkləmir; Erməni xalıqı qısa zaman kəsiyində sülhü dəstəkləmək zorunda qalıb və adaptasiya hiss olunur; Koçaryanın təhtəlşüurundan vaxtilə hiyləgərcəsinə istifadə etdiyi Qarabağ faktoru silinməyib. Hegelin məşhur sözü ilə ifadə etsəm, onun şüuru bədbəxtçilikdən xilas olmayıb. Və bu seçki onu tarixin zibilliyə atacaq. Rusiyanın Ermənistanda qarşıdurma yaratmaq ehtimalı çox aşağıdır; bu tendensiyada səbəb -nəticə əlaqələri açıq-aşkar hiss olunur; Z nəslinin siyasi proseslərə marağı demək olar ki, yoxdur. Onlar üçün "müharibə" tamamilə yad anlayışdır. Orta və yaşlı nəsil isə sələflərindən ibratəmiz dərslər alıblar.Koçaryanın sosial şəbəkələrdə və televiziyalarda izləyiciləri Paşinyandan 50-100 dəfə azdır; Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Sülhün əldə olunması istiqamətində apardıqları uğurlu danışıqlar və nüfuzlu beynəlxalq təşkilatların mükafatlarına birgə layiq görülmələri regionda yüksək səviyyədə qarşılıqlı anlaşmanın əldə olunmasına sübutdur.Və dünyanın aparıcı dövlətlərinin bu prosesə dəstəyi açıq- aşkar hiss olunur”, - deyə o, bildirib.
Vasif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 05 İyun 2026 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















