Icma.az
close
up
RU
“Rusiyanın Ermənistandakı bazası hərəkətə keçə bilər...” “Bu, Paşinyan üçün risklidir”

“Rusiyanın Ermənistandakı bazası hərəkətə keçə bilər...” “Bu, Paşinyan üçün risklidir”

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü keçiriləcək. Görüş zamanı sülh sazişinə dair danışıqların davam etdirilməsi, sərhədlərin delimitasiyası və kommunikasiya xətlərinin açılması məsələlərinin müzakirə olunacağı gözlənilir. Rəsmi təsdiqlənməsə də, diplomatik mənbələr bu görüşün sülh sazişi üçün kritik mərhələ olduğunu bildirirlər.

“AzPolitika” xəbər verir ki, mövzunu şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycanla sülh sazişinin imzalanmasını gələn ilə saxlamaq Ermənistanın Baş naziri Nikol Paşinyan üçün risklidir.

Ekspertin fikrincə, Paşinyana qarşı üç əsas qüvvə – radikal müxalifət, kilsə və bir qrup iş adamı birləşib. O vurğulayıb ki, bu üç qüvvənin arxasında Kreml dayanır.

Şahinoğlu bildirib ki, Moskva Ermənistanda gələn il keçiriləcək parlament seçkisinə qədər Paşinyanın mövqelərini zəiflətməyə və imkan daxilində onu devirməyə çalışacaq.

Onun sözlərinə görə, Paşinyan bu riskləri yaxşı dərk etdiyindən, artıq radikal addımlar atmağa başlayıb: “Nikol Paşinyan hər üç qüvvəyə qarşı radikal addımlar atır – parlamentdə daha çox bağıran müxalifət təmsilçilərini, Rusiyaya bağlı keşişləri və iş adamlarını həbs edir”.

Politoloq eyni zamanda xəbərdarlıq edib ki, hadisələr Paşinyanın nəzarətindən çıxa bilər.

“Təsadüfi deyil ki, Rusiyanın Gümrüdəki hərbi bazasını gücləndirməsi barədə xəbərlər çoxalıb”, – deyə o qeyd edib.

E. Şahinoğlu hesab edir ki, Rusiyanın Ermənistandakı hərbi bazasının Kremldən alınan təlimat əsasında Paşinyan əleyhinə hərəkətə keçməsi ehtimal xaricində deyil.

O vurğulayıb ki, bu vəziyyətdə Paşinyanın xilası Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından keçir. Ekspertin sözlərinə görə, sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması və regional əməkdaşlığa yaşıl işıq yandırılması Paşinyanın yeganə çıxış yoludur.

Politoloq açıq şəkildə bildirib ki, Paşinyanın devrilməsi və ya gələn ilki parlament seçkisində mümkün məğlubiyyəti Azərbaycanla Türkiyənin maraqlarına cavab vermir.

Şahinoğlu əlavə edib ki, digər tərəfdən, Kreml Paşinyanı sıxışdırmaqla yanaşı, Bakı ilə də münasibətləri korlayıb və məhz bu gedişat Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını daha da aktuallaşdırıb.

O bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə görüşü sülh sazişinin imzalanması ilə nəticələnməsə də, prosesi sürətləndirə bilər.

Rasim Əliyev
“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 İyul 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri