Icma.az
close
up
RU
Rusiyanın Ermənistandakı hərbi bazası bağlanır? Böhran vəziyyətində legitim hədəfə çevrilə bilər

Rusiyanın Ermənistandakı hərbi bazası bağlanır? Böhran vəziyyətində legitim hədəfə çevrilə bilər

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gümrüdə yerləşən Rusiya Silahlı Qüvvələrinin 102-ci hərbi bazasının fəaliyyəti ətrafında müzakirələr yenidən aktuallaşıb. Ermənilər ölkələrində yerləşən bu baza əleyhinə aksiyalar keçirərək onun bağlanmasını tələb edirlər. Çünki hərbi bazanın mövcudluğu birmənalı olaraq regional təhlükəsizlik və sabitlik kontekstində müxtəlif mülahizələr yaradır. Bəs bu bazanın fəaliyyətinin dayandırılması nə dərəcədə mümkündür və bu qərarın regiona təsirləri necə ola bilər? 102-ci hərbi bazanın fəaliyyəti sülh və sabitlik dövründə Cənubi Qafqaz üçün hansı təhdidlər törədər?

Qeyd edək ki, 102-ci Rusiya hərbi bazası 1995-ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. İlkin olaraq Ermənistanla Rusiya arasında hərbi əməkdaşlıq haqqında saziş 25 il müddətinə bağlanıb. 2010-cu ildə Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana səfəri zamanı müqavilənin müddəti daha 49 il - 2044-cü ilə qədər uzadılıb. Daha əvvəl mətbuatda Ermənistan hakimiyyətinin bazanı bağlamağı planlaşdırdığı barədə xəbərlər yayılıb.

Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, Ermənistanda Rusiya Federasiyasına məxsus 102-ci hərbi bazanın fəaliyyəti ətrafında müzakirələr son aylarda daha da intensivləşib:

"Gümrüdə keçirilən aksiyalar, ictimai narazılığın artması və Ermənistanın təhlükəsizlik arxitekturasında baş verən dəyişikliklər bu mövzunu həm regionun daxili siyasəti, həm də beynəlxalq münasibətlər baxımından aktuallaşdırır. Mövcud vəziyyəti hüquqi çərçivədən qiymətləndirərkən qeyd edilməlidir ki, 102-ci baza Ermənistan ərazisində 1995-ci ildə imzalanmış sazişə əsasən yerləşdirilib və 2010-cu ildə bu müqavilənin müddəti 2044-cü ilə qədər uzadılıb. Müqavilənin birtərəfli qaydada pozulması Moskva ilə münasibətlərdə kəskin gərginlik yarada bilər. Nəzəri olaraq, Ermənistan hökuməti müqaviləni denonsasiya edə bilər, lakin hazırda bu addım siyasi, iqtisadi və təhlükəsizlik baxımından yüksək risk daşıyır. Alternativ variant kimi qarşılıqlı razılaşma yolu ilə, kompensasiya və ya digər öhdəliklərin yerinə yetirilməsi müqabilində bazanın çıxarılması mümkündür. İndiki halda bu ssenari də real görünmür. Moskvanın belə bir istəkdə ola biləcəyi inandırıcı deyil".

"Siyasi dinamika isə hüquqi mexanizmlərdən daha çevikdir. Baxmayaraq ki, Ermənistan hökuməti son illərdə Rusiya ilə təhlükəsizlik əməkdaşlığını balanslaşdırmaq üçün ehtiyatlı addımlar atır, yaxın perspektivdə hüquqi prosesin işə düşməsi ehtimalı aşağıdır. Lakin qlobal geosiyasi proseslərin dinamikasına uyğun olaraq bu ssenari reallaşa bilər. Şübhəsz ki, sülh və sabitlik dövründə Ermənistanda xarici hərbi bazanın mövcudluğu bir sıra strateji və sosial risklər yaradır. Əvvəla, belə bir baza Ermənistanın təhlükəsizlik müstəqilliyini məhdudlaşdırır və geosiyasi seçim imkanlarını daraldır. Ermənistanın Avropa strukturlarına inteqrasiya planları fonunda Rusiyanın ölkə ərazisindəki hərbi varlığı Qərblə əməkdaşlığa maneə kimi qəbul edilir və Moskva üçün təsir tutarğacı rolunu oynayır. İkincisi, baza regional təhlükəsizlik balansını dəyişən sabit amildir və böhran vəziyyətində legitim hədəfə çevrilə bilər. Bu, eskalasiya risklərini artırır və Ermənistan ərazisini potensial hücum obyektinə çevirir", - deyə deputat vurğulayıb.

Parlamentari üçüncü məsələ kimi bazanın fəaliyyətinin kəşfiyyat və informasiya təsiri üçün əlavə imkanlar yaratmasını qeyd edib:

"Bu da qonşular arasında etimadı zəiflədir və yeni təhlükəsizlik arxitekturasının qurulmasını çətinləşdirir. Dördüncü, sosial müstəvidə bazanın varlığı ictimai gərginlik potensialını qoruyur. 2015-ci ildə Gümrüdə Rusiya hərbçisinin törətdiyi qətl hadisəsi kimi presedentlər, yerli əhali ilə hərbi kontingent arasında münasibətlərin kövrəkliyini nümayiş etdirir. Bu cür insidentlər bazaya qarşı narazılığın yenidən alovlanmasına zəmin yarada bilər".

"Mahiyyət etibarilə, 102-ci bazanın gələcəyi Ermənistanın xarici siyasət prioritetlərindən, Moskva ilə münasibətlərin dinamikasından və regionda formalaşacaq təhlükəsizlik arxitekturasından asılı olacaq. Bu məsələ yalnız hüquqi deyil, həm də siyasi, strateji və sosial müstəvilərdə çoxölçülü qərarlar tələb etdiyi üçün prosesin qısa bir zamanda baş tutacağı inandırıcı görünmür", - deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Avqust 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri