Icma.az
close
up
RU
RUSİYANIN ƏSAS GÜC QAYNAĞI MƏHV EDİLİR Tramp Ukraynaya qələbənin yolunu göstərdi...

RUSİYANIN ƏSAS GÜC QAYNAĞI MƏHV EDİLİR Tramp Ukraynaya qələbənin yolunu göstərdi...

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsini durdurmaq üçün demək olar, bütün variantlardan istifadə etsə də, hələlik gözlədiyi nəticəni əldə edə bilməyib və ona görə də ağır sanksiyalar tətbiq edəcəyi xəbərdarlığıyla Putinə yenidən iki həftəlik vaxt verib.

Əgər Rusiyanın Ukrayna ilə bağlı narahatlığı həqiqətən də bu ölkənin NATO-ya qəbuludursa, məlum olduğu kimi, ABŞ açıq şəkildə bunun əleyhinə çıxış edir. Amma buna baxmayaraq, hər halda Ukraynanın təhlükəsizliyi üçün müəyyən zəmanət mütləq verilməlidir. Moskva belə bir zəmanəti özü üçün böyük təhlükə sayırsa, deməli, əsas məsələ heç də Ukraynanın NATO-ya girməsi deyil. Kremlin başlıca məqsədi Ukraynanın bir dövlət kimi xəritədən silinməsdir. Deməli, Rusiya Prezidenti Vladimir Putin özünü güclü hiss etdiyi üçün irəliyə sürdüyü şərtlərdən geri çəkilməməkdə israrlıdır.

Bəs Putin nəyə arxayın olaraq bu cür inadkar siyasi kurs tutub? Rusiyanın mövcud mürəkkəb geostrateji mücadilədən qazanclı çıxması üçün Putinin məntiqli arqumetlərə söykənən planı olmalıdır.

Proseslərin dinamikasına uyğun analiz aparsaq, Putinin strateji planını hipotetik baxımdan dörd hissəyə bölmək olar. Bunların hər biri vahid planın tərkib hissəsi kimi dəyərləndirilməlidir.

Birincisi, Kreml rəhbəri Rusiya kimi nəhəng ölkəni tam cilovlayıb, öz iradəsinə tabe etdirə bildiyinə əmindir. Sözsüz ki, Vladimir Putin Rusiya daxilində qüdrətli sayıla bilər, çünki o, hər şeyi birbaşa özünə bağlayan elə bir siyasi-inzibati və hərbi sistem qurub ki, orada hamıdan güclü görünür. Ancaq bu, uzunmüddətli müharibə aparmaq və qalib gəlmək üçün kifayət edəcək amli hesab edilə bilməz. Belə ki, özləri ilə müqayisədə zəif bildikləri Ukrayna Qərbin dəstəyi sayəsində duruş gətirir və güclənir.

İkincisi, Putin Rusiyanın təbii resurslarına güvənir və fikirləşir ki, müharibə üçün vacib amil olan maliyyə qaynağını neft-qaz və digər xammaların satışından əldə edəcək. Məlumdur ki, uzunmüddətli müharibə edən istənilən ölkə ilk növbədə güclü iqtisadi resursa söykənməlidir. Ukraynada üzücü müharibə aparmağa məhkum olan Rusiyanın başlıca iqtisadi resursu neft-qaz sənayesidir. Putin və ətrafı məhz karbohidrogenlərdən gələn gəlir və eləcədə hərbi sənaye kompleksi sayəsində Ukraynanı tükəndirəcəklərini düşünürlər.

Üçüncüsü, Rusiya qlobal geostrateji mübarizədə tək olmadığına və kritik vəziyyətdə Çinin onun yardımına gələcəyinə arxayındır. Bundan əlavə, Rusiya İran, Şimalı Koreya kimi müttəfiqləri də güc hesab edir. Şimalı Koreya müharibədə Rusiyaya həm canlı qüvvə, həm də texnika ilə yardım göstərir və sözsüz ki, burada Çinin də pərdə arxasındakı rolunu qeyd etmək lazımdır. Pekin müəyyən kritik məqamlarda öz vassalını Putinə dəstəyə göndərir. Ancaq Pekin heç zaman birbaşa Rusiyanın avantürasında iştiark etməyəcək, çünki bu, onun qlobal strateji baxışına ziddir.

Dödüncüsü, Putin düşünür ki, ABŞ Avropanı özünə tabe etdirmək üçün Rusiyadan bir qorxuluq kimi istifadə etmək niyyətindədir və bu səbəbdən də Vaşinqton ona nə qədər təzyiq göstərsə də, hər halda müəyyən güzəştlərə getməyə məcburdur.

Beləliklə, Putin bütün bu sadalananların hamısını bir araya toplayıb, ümumi yekun nəticəyə gəlir ki, Ukraynanı ortadan qaldırmaq üçün yaxşı imkan yaranıb.

Ancaq Vladimir Putin və eləcə də bütün Kreml analitikləri bir məsələdə bərk yanılırlar. Onlar anlamırlar ki, ABŞ artıq Avropanı öz orbitində saxlamaq üçün klassik strategiyadan imtina edib və tamamilə yeni metod işlənib hazırlanıb və həmin metoda əsasən istər Avropa, istərsə də Rusiya ABŞ-yə tabe olmağa məhkumdurlar.

Vladimir Putin elə zənn edir ki, ABŞ-nin gələcəklə bağlı meqa layihəsindən xəbərdardır. O, daha dərk etmir ki, dünyada yeni nizam qaydası formalaşdırmaq istəyən ABŞ köhnə modeli təzələyəcək və həmin sxemdə Rusiyanı indiki mövqedə görmək istəməyə bilər.

Əgər ABŞ-də cərəyan edən daxili dinamikanı və eləcə də qlobal prosesləri daha dərindən və əhatəli təhlil etsək, onda ortaya üzdə görünənlərdən büsbütün fərqli mənzərə çıxacaq. Düzdür, ABŞ-də iki partiya arasında siyasi ideoloji platformada ciddi fərqlər var və mental baxımdan ölkə ikiyə bölünmüş vəziyyətdədir, lakin bu, özünəməxsus tənzimləmə və balans yaratmaq startegiyasından irəli gəlır. Amma bütün fikir ayrılıqlarına baxmayraq, daha uzaqlara hesablanmış strateji planlamada ABŞ-dəki siyasi qüvvələr demək olar ki, vahid siyasi xətt yürüdürlər.

Siyasi təhlilçilər tez-tez anlogiya aparıb indiki durumu İkinci Dünya müharibəsi və ondan sonrakı dövrlə müqayisə edirlər. Əlbəttə, oxşar tərəflər var və bunu inkar etməyək, lakin müasir siyasi səhnə, texnloji inkişaf səviyyəsi və digər əhəmiyyətli parametrlər yeni reallıqlara yol açır. Bir çox beynəlxalq analitiklər baş verən hadisələrdən yanlış və tələsik nəticə çıxararaq “dünyanı bölürlər və burada Rusiyayanın payı və mövqeyi önəmlidir” kimi tezisi dövriyyəyə buraxıblar. Təəsüf ki, bu şəxslər özlərinə Rusiyanın dünyadakı önəminin nədən ibarət olması sualını vermirlər. Elə Avropanın qabaqcıl ölkələrinin liderləri də bir çox hallarda Rusiyanı möhtəşəm qüvvə kimi təsəvvür edirlər. Rusiyanın Ukraynaya qalib gəlməsinin yolu yalnız “blitskriq”lə mümkün idi, əks halda müharibənin uzanması Putinin hesablarını gec-tez alt-üst edəcəkdi. Kremlin Ukraynanı tükəndirmək taktikası artıq işə yaramır və hiss olunur ki, ruslar bir-biri ilə sıx bağlı olan çoxsaylı faktorları nəzərə almayıblar. Ən başlıcası isə zaman ötdükcə, müharibənin xarakteri Rusiyanın əleyhinə transformasiya olunmağa doğru dəyişir. Son hadisələr fonunda hətta beynəlxalq mətbuatda Ukraynanın qələbə ssenarisi barədə yazılar getməyə başlayıb. Rusiyanın qırmızı xətti isterikası artıq məsxərəyə qoyulur. Belə ki, müharibə Rusiya ərazisinə keçib və Ukrayna dronları Kremlin güvəndiyi neft-qaz sektoruna dağıdıcı zərbələr vururlar.

Yeri gəlmişkən, Donlad Trampın “Truth” sosial media hesabında paylaşdığı yazısından belə anlaşılır ki, o, Ukraynaya qələbə yolunu göstərir. Tramp yazır ki, Ukraynanın yalnız müdafiə olunmasına icazə verilmişdi, hücum etməsinə yox. ABŞ Prezidenti daha sonra qeyd edir ki, işğalçı ölkəyə hücum etmədən müharibədə qələbə qazanmaq çox çətindir, hətta mümkünsüzdür.

Müharibənin gedişində Ukraynanın zərbə dronlarını necə təkmilləşdirdiyi göz önündədir və hələ üstəlik, gələn il Ukrayna Silahlı Qüvvələrinin döyüş cərgəsinə 3000 kilometr uçuş məsafəsi olan, bir ton partlayıcı daşıya biləcək qanadlı “Flaminqo” raketi qoşulacaq. Ona görə də biz yaxın perspektivdə Rusiyanın mühüm strateji hərbi obyektlərinin və neft-qaz sənayesinə məxsus müəssisələrinin necə hədəfə çevriləcəyini görəcəyik.

Taleyin kinayəsinə baxın ki, Rusiyanın ən güclü güvənc yerləri indi onun ən zəif yerinə və başağrısına çevrilməyə başlayır.

Vaqif NƏSİBOV

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Avqust 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hadise saxlanılmasından danışıb ağladı Həyatımda ilk dəfə dəhşət içində oyandım VİDEO

09 Oktyabr 2025 01:25see165

Tramp: “Antifa” hərəkatını maliyyələşdirənlərə qarşı tədbir görəcəyik

09 Oktyabr 2025 01:29see163

İcazə verməyəcəm ki, Çexiya NATO nu tərk etsin Babiş

09 Oktyabr 2025 01:53see155

Payızda ailəvi tətillər üçün ən yaxşı beş şəhər

09 Oktyabr 2025 10:37see155

Ağdamda atası tərəfindən şiddətə məruz qalan Musa sağalıb

09 Oktyabr 2025 16:33see151

Keçmiş dünya çempionunun oğlu asılmış vəziyyətdə tapılıb

09 Oktyabr 2025 03:14see147

İsrail və HƏMAS sülh planı ilə bağlı tarixi razılaşma imzaladı

09 Oktyabr 2025 04:12see144

Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?

09 Oktyabr 2025 03:03see144

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

10 Oktyabr 2025 01:33see136

Hədəf “Qarabağ”dır: “Atletik” Ağdam klubu ilə oyunadək hücum xəttini bərpa etmək istəyir

09 Oktyabr 2025 01:19see129

İnək südündən 10 dəfə daha faydalı: Sümükləri möhkəmləndirir...

09 Oktyabr 2025 04:06see129

Nazir: Aktiv məşğulluq proqramlarının genişləndirilməsi prioritet fəaliyyət istiqamətlərindən biridir

09 Oktyabr 2025 18:37see128

Hadrutun işğaldan azad olunmasından 5 il ötür

09 Oktyabr 2025 00:02see128

Çeferin Ronaldonu futbol tarixinin üç ən böyük oyunçusundan biri sayır

09 Oktyabr 2025 00:28see127

Fransız siyasətçi fon der Leyeni özbaşınalıqda ittiham edib

08 Oktyabr 2025 22:16see123

Onları NATO dan çıxarmaq lazımdır

10 Oktyabr 2025 01:41see122

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

10 Oktyabr 2025 08:52see121

Səkkiz qurbağanı diri diri udan Çinli qadın xəstəxanalıq olub...

10 Oktyabr 2025 01:08see120

Reşford meydana nə vaxt dönəcək?

08 Oktyabr 2025 23:26see118

Killian Mbappe: “Yamaldan əl çəkin”

10 Oktyabr 2025 03:37see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri