Icma.az
close
up
RU
Rusiyanın əsas məqsədi gərginliyi saxlamaqdır ANALİZ

Rusiyanın əsas məqsədi gərginliyi saxlamaqdır ANALİZ

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Samir Hümbətov: Kiyevdəki səfirliyimizə edilən hücum “bax, biz bunu da edə bilərik” mesajıdır

Rusiyanın atdığı addımlar regionda diqqət mərkəzindədir. Xüsusilə Ukraynadakı vəziyyət və Kiyevdəki səfirliyimizə edilən hücum həm Azərbaycan, həm də qonşu ölkələr üçün strateji əhəmiyyət daşıyan məsələlər kimi qiymətləndirilir. Prezident İlham Əliyev Azərbaycanın Ukraynadakı səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib. Dövlət başçısı bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı bildirib və ciddi narahatlığını ifadə edib. O, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən diplomatik nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb. Həmçinin Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Grüş zamanı 14 noyabr tarixində təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib.

Politoloq Samir Hümbətov Sherg.az-a açıqlamasında Rusiya ilə Azərbaycan arasında olan münasibətlərin çox da sağlam olmadığını bildirib:

"Rusiyanın bu hərəkətlərinin arxasında duran əsas məqsəd Azərbaycana mesaj ötürməkdir. Bizim Rusiya ilə münasibətlərimizin çox sağlam vəziyyətdə olduğunu düşünmürəm. Əksinə, görünən odur ki, müəyyən dərəcədə düzəlişlər olsa da, faktiki olaraq baş verən hadisələr bilə-bilə Rusiyanın həm Ukraynaya, həm də Azərbaycana mesaj ötürmək istəyindən qaynaqlanır. Xüsusilə, Ukraynada, Kiyevdəki səfirliyimizə edilən hücum “bax, biz bunu da edə bilərik” mesajıdır. Münasibətlərimizin tamamilə düzələcəyini hesab etmirəm. Amma eyni zamanda bu, müharibə həddinə gətirəcək səviyyədə də deyil. Lakin gərginlik olacaq. Nota verildi, səfir Xarici İşlər Nazirliyinə dəvət olundu və etiraz bildirildi. Rusiyanın əsas məqsədi gərginliyi saxlamaqdır. Bu, bir neçə dəfə Rusiya rəsmilərinin çıxışlarında öz əksini tapıb. Hətta Lavrov bir çıxışında “biz Qafqaza yenidən baxacağıq” ifadəsini işlədib. Bu da göstərir ki, Rusiya Ukrayna müharibəsi bitdikdən sonra Qafqaza yeni gərginlik ocaqları yaratmağa çalışacaq. Onlar müəyyən “qığılcımları” orada saxlamaq istəyirlər". 

Politoloq Rusiyanın Ukraynada vəziyyətdən çıxış yolunu tapa bilmədiyini söyləyib: 

"Böyük ehtimalla, Ukraynada cərəyan edən döyüşlərin nəticələri hələ mənfi təsir göstərəcək. Çünki Ukrayna artıq daha peşəkar ordu sisteminə keçməkdədir. Paralel olaraq, Cənubi Qafqazda əsas oyunçu dövlət olan Azərbaycanı itirmək Rusiya üçün potensial risk kimi qalmaqdadır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Noyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri