Icma.az
close
up
RU
Qəzada Rusiyanın əli olduğu təsdiqləndi ANALİZ

Qəzada Rusiyanın əli olduğu təsdiqləndi ANALİZ

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Moskva üzərinə düşəni etməzsə, Azərbaycan beynəlxalq məhkəmələrə müraciət etmək hüququndan yararlana bilər


AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı ilkin hesabat dərc olunsa da, Rusiya öz günahını etiraf etməyə tələsmir. Təbii ki, ən düzgün yol rəsmən üzr istənilməsi, kompensasiya ödənilməsi və günahkarların cəzalandırılmasıdır. Əslində, belə bir addım heç bir dövlətin nüfuzuna xələl gətirməz. Təyyarə qəzası ilə bağlı ilkin hesabatın ən əsas məqamı ondan ibarətdir ki, aviareysi həyata keçirən “Embraer 190-100 IGW” uçuşa tam yararlı olub. Hava gəmisi Qroznı Hava Limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnalları itirib. Kapitan Bakıya qayıtmaq barəsində qərar verdikdən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səs gəlib. Hesabata əsasən, hidravlik sistemlər funksionallığını itirib və sıradan çıxıblar. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən, kor zədələrin olması faktı aşkar olunub və zədələr kənar obyektlərin təsiri nəticəsində yaranıb. Rusiya tərəfinin israr etdiyi təyyarənin "quşlarla toqquşması" versiyası da hesabatda təkzib edilib. Rusiya tərəfinin təkzib edilən digər versiyası isə guya qəzaya oksigen balonunun partlamasının səbəb olduğudur. Hesabatda qeyd olunan ən vacib məqamlardan biri isə həmin hava məkanında “Kovyor” əməliyyatının təyyarə vurulduqdan sonra elan edilməsidir. Rəsmi Bakı israrla Rusiyaya qarşı haqlı tələblər irəli sürdükcə, bu ölkənin media məkanında anti-Azərbaycan meyilləri gücləndi. Müxtəlif teleqram-kanallar, mətbuat orqanları eyni mərkəzdən aldıqları tapşırıqlar əsasında Azərbaycana qarşı yazılar dərc etməyə başladılar. Təqdim olunan materiallarda rəsmi Bakının, araşdırma komissiyasının ilkin hesabatını təkzib edən tutarlı arqumentlər yer alsaydı, bunu sivil polemika kimi də qəbul etmək olardı. Amma bu istiqamətdə dərc olunan yazılarda yalnız Bakının hansı cürətlə Rusiyaya qarşı tələb irəli sürdüyü əsas istiqamətdir. Sadə dillə desək, biz etdiyimizi etmişik, siz isə səsinizi çıxartmayın. Bundan başqa, təbliğatçılar təyyarənin məhz “Pansir”lə vurulması faktını şübhə altına almaq istəyirlər və Bakının niyə belə əmin olması ilə bağlı sual verirlər. Əslində isə məsələ “Pansir” və ya “qeyri-Pansir”də deyil. Məsələnin mahiyyəti mülki təyyarənin Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən atəşə tutulmasıdır. Hələ hesabatdan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə bildirmişdi ki, komissiyanın nəticələri rəsmi Bakının ilkin versiyasından fərqlənəcək. Nəticələr elan olunduqdan sonra Lavrovun simasını görmək maraqlı olardı. Komissiyanın hesabatına münasibət bildirməyi isə rəsmi Moskva özünə ar bilir. Hətta "Rosaviasiya" iddia edir ki, guya hesabatda hadisənin səbəbləri ilə bağlı nəticələr yoxdur. Azərbaycan bu məsələdə tam haqlıdır. Rusiya bu məsələni etiraf etsə də, etməsə də, indi ötən əsrin 90-cı illəri deyil ki, Azərbaycanı informasiya blokadasına salsınlar. Rəsmi Bakı sözünü deməyə beynəlxalq platforma tapmaq iqtidarındadır və bundan sonrakı addımları gözləmək lazımdır. 


Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a deyib ki, əslində, əvvəlcədən bizə məlum idi ki, təyyarəmizə kənar müdaxilə var. Deputatın sözlərinə görə, bununla bağlı əlimizdə kifayət qədər faktlar, sübutlar var idi:

seeBaxış sayı:184
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Fevral 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri