Rusiyanın hava məkanında qarışıqlıq FOTO VİDEO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Rusiyanın hava məkanında gecə saatlarından başlayan qarışıqlıq hələ tam həllini tapmayıb.
Avtosfer.az xəbər verir ki, bu gün təkcə “Aeroflot” şirkəti Moskvaya və geriyə yüzdən artıq reysi ləğv edib. Digər şirkətlər də (o cümlədən Azal) çoxsaylı reysləri təxirə salıb. Təyyarələr havada ikən “kavyor” əməliyyatı başladığı üçün onlarla təyyarə Peterburqa və Kazana enib.
Rusiyanın şimal paytaxtındakı Pulkovo hava limanında 50-dək təyyarənin tıxacı yaranıb. Trap çatışmazlığına görə sərnişinləri vaxtında düşürmək mümkün olmur. Samara, Kazan, Peterburq və Yekaterinburq hava limanlarının pasport nəzarətində böyük izdiham müşahidə olunur.
Gecə saatlarında Pakistan və Hindistan hava məkanını bağladığı üçün Asiya regionuna uçan təyyarələr Özbəkistan aeropoprtlarına eniş edib. Burada bir neçə saat gözləyən təyyarələr geriyə - Rusiyaya qayıdıb.
Vüqar Yaşaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 07 May 2025 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















