Icma.az
close
up
RU
Rusiyanın hərbi bazası Ermənistanda hakimiyyət çevrilişi edə bilər ŞƏRH

Rusiyanın hərbi bazası Ermənistanda hakimiyyət çevrilişi edə bilər ŞƏRH

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanda yerləşən Rusiya ordusuna məxsus hərbi maşınların hərəkəti müşahidə edilib. Bu barədə görüntüləri “Bez Tormozov” paylaşıb. Rusiya hərbi kolonunun hara istiqamətlənməsi barədə məlumat yoxdur. Qeyd edək ki, Ermənistandakı 102-ci bazanın hər hansı hərbi təlimlər keçirəcəyi haqda məlumat verilməyib.


Siyasi şərhçi Elçin Xalidbəyli isə “Sherg.az”a açıqlamasında bildirib ki, hərbi baza — hər hansı bir hərbi hissənin avadanlığının və şəxsi heyətinin yerləşdirildiyi, həmçinin şəxsi heyətinin hazırlandığı və əməliyyatların aparıldığı bir obyektdir. Hər hansı bir dövlətin ərazisində hərbi baza yaradılarkən dövlətlər arasında saziş imzalanır və hərbi bazanın fəaliyyət istiqamətləri sazişdə əks olunur. Həmin bazanın hərbiçiləri də dislokasiya olunduqları ölkənin qanunvericiliyinə zidd şəkildə fəaliyyət göstərmək,  hərəkət etmək səlahyyətlərinə sahib deyillər. Onlar hər addımlarını dislokasiya olunduqları ölkənin hakimiyyət orqanları ilə razılaşdırmalıdır:


“Bildiyiniz kimi, Rusiyaya məxsus 102-ci hərbi baza Ermənistanın İrəvan və Gümrü şəhərlərində dislokasiya olunur. Bu hərbi baza Rusiyanın Ermənistan ilə münasibətlərində mühüm əhəmiyyət daşıyır və Moskvanın xaricdəki azsaylı hərbi bazalarından biridir. Ermənistanın Moskvanın diktəsi ilə idarə olunmasına şərait yaradan vacib element rolunu oynayır. Tarixən də hər hansı bir ölkənin ərazisində xarici dövlətin qoşunlarının yerləşməsi siyasi asılılığı xarakterizə edib. Böyük imperiyalar işğal etdikləri yerlərdə və müxtəlif iqtisadi maraqlarını müdafiə etmək üçün imperiya sərhədlərindən kənarda qoşun hissələri saxlayırdılar. 102-ci Rusiya hərbi bazası da Moskva ilə İrəvan arasında 1995-ci ildə imzalanmış dövlətlərarası müqaviləyə əsasən Ermənistanda yerləşdirilib. Hərbi bazaların yerləşdirilməsi ilə bağlı sazişdən irəli gələrək Rusiya ordusuna məxsus hərbi maşınların öz dislokasiya ərazisini tərk edəcəkləri ilə bağlı mütləq şəkildə Ermənistan hökumətini məlumatlandırmaq, hərbi kolonunun hara istiqamətlənəcəyini qeyd etmək lazım idi. Lakin görünən odur ki, nə Rusiya hökuməti, nə də Rusiyanın  Ermənistandakı hərbi bazasının rəhbərləri dislokasiya yerini tərk etməkləri ilə bağlı Ermənistan hökumətinə məlumat verməyiblər. Çox güman ki, Kreml Ermənistanı müstəqil dövlət hesab etmədiyi üçün belə bir xəbərdarlığa ehtiyac görmür və hər bazasının hərbiçiləri Ermənistan ərazisində sərbəst şəkildə hərəkət edə bilirlər. Əgər həqiqətən də, Ermənistan adlı bir müstəqil dövlət mövcuddursa, Rusiya hərbiçlərinin bu addımı rəsmi İrəvan üçün çox ciddi mesajdır. Demək ki, Rusiyanın hərbi bazası istənilən an hərəkətlənərək Ermənistanda hakimiyyət çevrilişi edə, yaxud da  hansısa bir silahlı əməliyyatlara da qoşula bilərlər”. 

Ekspertin sözlərinə görə, Rusiya ordusuna məxsus hərbi maşınların hansı səbəbdən hərəkətlənməsinə hələlik rəsmi İrəvanın münasibət bildirməməsi göstərir ki, bu, Ermənistanın müqavimət göstərmək imkanlarının olmadığı bir situasiyadır. Əgər Ermənistan özünün də dediyi kimi, suveren hüquqlarına hörmət edirsə, sözügedən məsələ ilə bağlı Rusiyadan hesabat tələb etməlidir. Əks halda Ermənistan dövlətinin varlığına inanmaq çətindir. Görünür, Ermənistan adlanan ərazidə qondarma bir dövlət mövcuddur və Rusiya hərbiçiləri bu ərazilərdə “meydan sulayır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Mart 2025 03:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri