Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Ermənistanda Rusiyanın hərbi mövcudluğunu kim əvəz edə bilər?

Ermənistanda Rusiyanın hərbi mövcudluğunu kim əvəz edə bilər?

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Rusiya Prezidenti Vladimir Putinin Ermənistanda yerləşən 102-ci hərbi bazanın çıxarılması ilə bağlı açıqlaması heç də hərbi məsələ deyil, bu, Ermənistana açıq və birmənalı xəbərdarlıqdır, hansı ki, siyasi təzyiq ritorikasını da aşır.
Bəli, Paşinyan bu günə kimi Rusiyanın 102-ci bazasının Ermənistandan çıxarılmasını tələb etməyib. Ancaq Moskva çıxmaq qərarı verərsə, Ermənistanın buna mane olmayacağını bildirir. Yəni, təşəbbüsün Rusiyaya aid olması ehtimalı olsa da, mümkün nəticələrə görə məsuliyyəti Ermənistan daşıyacaq.
Putinin “Ermənistan xalqı istəsə” ifadəsi elə özündə bütün açar şərtləri və xəbərdarlığı ehtiva edir. İlk növbədə, söhbət hazırkı hakimiyyətin mövqeyindən deyil, potensial olaraq referendum və ya başqa siyasi mexanizmlərdən gedir. Yəni, Moskva Paşinyan hakimiyyətinin qərarını əslində qanuni hesab etmir və Ermənistanın dövlət olaraq siyasi iradəsini Paşinyan iqtidarından kənar görür.
Əgər 102-ci baza Ermənistandan çıxarılarsa, ardınca Ermənistanın KTMT-dan hüquqi çıxışı və Avrointeqrasiya prosesinin sürətlənməsi baş verərsə, bu, Rusiyanın Ermənistanı tərk etməsi yox, Rusiyanın Cənubi Qafqazdakı geosiyasi mövcudluğunun taleyinə çevriləcək. Rusiyanın Ermənistanı, Cənubi Qafqazı itirməsi onun böyük dövlət, qlobal güc, imperialist mahiyyətindən geri çəkilməsi anlamına gəlir ki, bu da heç də inandırıcı gəlmir.
Hər bir halda, burada əsas sual çıxır: əgər Rusiya Ermənistandan çıxarsa, onun hərbi mövcudluğunun yerini kim tutacaq?
Avropa qüvvələrinin, Fransa kimi ayrıca dövlətlərin Ermənistanda Rusiyanı əvəz etməsi real və optimal variant kimi görünmür. Belə bir addım regionda yeni qarşıdurma xətti yarada bilər. Nəinki belə vəziyyətdə, ümumiyyətlə, İranın da Ermənistanda hərbi mövcudluq istəyi özünü gizlətməyib. Ancaq beynəlxalq yanaşma belədir ki, Cənubi Qafqazda Rusiya İrandan məqbul variant hesab olunur.
Son vaxtlar intensivləşən Moskva–Vaşinqton təmasları ABŞ qüvvələrinin elə TRIPP marşrutunun təhlükəsizliyi məqsədi ilə Ermənistanda yerləşdirilməsi məsələsinin müzakirəsi istisna deyil və ehtimal ki, Rusiyaya Ukrayna bataqlığından üzüağ çıxmaq imkanının verilməsi şərti ilə. Ancaq Rusiyanın mümkün Ermənistan güzəşti onun Ukrayna müharibəsini məqbul bitirməsinə qədər çəkəcəyi də məlumdur.
Sentyabrın 5–6-da ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner əvvəlcə Moskvada Vladimir Putinlə üç saatdan artıq görüş keçirib, ertəsi gün isə Kiyevdə Vladimir Zelenski ilə danışıqlar aparıblar. ABŞ–Ukrayna görüşündən sonra Fransa, Böyük Britaniya və Almaniyanın milli təhlükəsizlik müşavirlərinin iştirakı ilə genişləndirilmiş görüş planlaşdırılıb. ABŞ-ın Rusiya danışıqlarında Ukrayna mövzusu prioritet olsa da, proseslərin ardıcıllığı göstərir ki, Rusiya Ukrayna ilə bağlı mövqeyinin “dəstəyi” müqabilində ABŞ-ın qlobal strateji planına uyğun Rusiyadan da Çinə enerji daşıyıcılarının ixracı məsələsi də müzakirə oluna bilər ki, Çin lideri Si Cinpin bu ayın sonunda ABŞ-a səfəri zamanı Trampın əli güclənsin.
Ancaq, Zelenskinin Rusiyanın işğalını rəsmiləşdirən razılaşmaya gedəcəyi inandırıcı deyil. Tramp da Ukraynaya əvvəlki təzyiq imkanları itirib.
Daha məntiqli model Ermənistanın hərbi bloklardan kənarda qalması, neytrallığını qoruması və bu neytrallığın regional səviyyədə Azərbaycan və Türkiyə tərəfindən təmin edilməsidir.
Belə bir modelin İran və Rusiya, bəzi Avropa ölkələri əleyhinə çıxsalar da, Azərbaycan–Ermənistan münasibətlərinin tam normallaşması və davamlı sülhün formalaşması ilə mümkün ola bilər.
Bu baxımdan, Putinin açıqlaması Rusiyanın Ermənistandan dərhal çıxacağı anlamına gəlməsə də, Moskvanın İrəvana verdiyi ciddi siyasi siqnaldır: Ermənistan Qərbə doğru gedəcəksə, Rusiya ilə hərbi münasibətlərin taleyi də bu seçimin tərkib hissəsinə çevriləcək.
Vüqar Dadaşov, politoloq
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 07 Sentyabr 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri