Rusiyanın Hollandiyadakı səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Operativmedia portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Hollandiyadakı səfirliyi iğtişaşlar fonunda həmvətənlərinə yaxın günlərdə Amsterdama getməməyi tövsiyə edib.
"Operativ Media" xəbər verir ki, bu barədə səfirlik "X"də paylaşım edib.
“Noyabrın 7-də baş verən iğtişaşlarla əlaqədar Rusiyanın Hollandiyadakı səfirliyi Rusiya vətəndaşlarına yaxın günlərdə Amsterdama getməməyi və şəhərdə olanlara ehtiyatlı olmağı tövsiyə edir”
Qeyd edək ki, daha əvvəl bildirilmişdi ki, Amsterdam rəhbərliyi yerli “Ayaks” və Təl-Əvivin “Makkabi” klubu arasında futbol matçının sonunda israilli azarkeşlərə hücumdan sonra şəhərdə əlavə təhlükəsizlik tədbirləri görəcək.
Futbol matçından sonra şübhəli Fələstin tərəfdarlarının hücumu nəticəsində ən azı 10 israilli yaralanıb.
Yəhudi dövlətinin Milli Təhlükəsizlik Şurası (MTŞ) Amsterdama səfər edən israilliləri otellərinə sığınmağa çağırıb. MTŞ bunu bacaran İsrail vətəndaşlarının dərhal ölkəyə qayıtmalı olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 08 Noyabr 2024 22:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















