Icma.az
close
up
RU
Rusiyanın iştirakı ilə əldə olunan üçtərəfli razılaşmalar kağız üzərində qalıb

Rusiyanın iştirakı ilə əldə olunan üçtərəfli razılaşmalar kağız üzərində qalıb

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın xarici işlər nazirinin müavini M.Qaluzin qeyd edib ki, Qərbin təkid etdiyi kimi, Ermənistan və Azərbaycanı hansısa Qərb platformasında tezliklə sülh müqaviləsi bağlamağa sövq edən istənilən tələsik sənədin imzalanmasının əleyhinəyik. Bununla, Rusiya rəhbərliyi öz kurasiyasından kənar istənilən sülhü təhdid hesab etdiyini açıq şəkildə bəyan edir. Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi istiqamətində irəliləyişlərin əldə edilməsi fonunda Rusiyadan verilən mesaja rəsmi Bakı öz etirazını bildirməlidir. Qeyd edilməlidir ki, əgər, sülh müqaviləsi bağlanarsa, bu, Rusiya ərazisində olmayacaq.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, M.Qaluzin Azərbaycan və Ermənistanı Rusiyanın vasitəçiliyi ilə yenidən danışıqlar masasına oturmasına dəvət edir. Üçtərəfli komissiyasının işinin yenidən fəaliyyətə başlanmasına çağırıb:

"Ümumiyyətlə, son dörd ildə Rusiyanın iştirakı ilə əldə olunan üçtərəfli razılaşmalar kağız üzərində qalıb. Yalnız Azərbaycan Ermənistanla ikitərəfli danışıqlara başlamaqla irəliləyişlər əldə edə bilib.

Göründüyü kimi, Rusiya Ermənistanla Azərbaycan arasında davam edən danışıqlardan kənar qaldığı üçün Qərbin prosesdə olacağını təhlükə kimi vurğulayıb. Bununla, Rusiya Bakı və İrəvana mesaj verərək, Qərbin vasitəçiliyi ilə sülh müqaviləsi bağlansa, hər iki ölkəyə qarşı təzyiq edəcəyi mesajını verir.

Azərbaycanla Ermənistan arasında danışıqlarda Qərb təmsil olunmur. Amma, prosesə obyektiv dəstək verir. İki dövlət arasında danışıqlara isə, Türkiyə dəstək verir. Türkiyə rəhbərliyi ABŞ-la və digər Avropa ölkələri ilə danışıqlarda bu Azərbaycanla Ermənistan arasında məsələni qaldırmaqla, digər oyunçuların daxil olmasına imkan vermir.

Qeyd edim ki, Türkiyə və Ermənistan arasında danışıqlar gedir. Türkiyə rəhbərliyi Ermənistana Azerbaycanla sülh müqaviləsi üzrə danışaqlarda Qərbin iştirak etməməsini şərtini irəli sürüb. M.Qaluzinin məlum açıqlamasında Rusiya bir növ Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlarda Ankaranın iştirakına qarşı olduğunu göstərir. Bundan sonra, Rusiyanın Azərbaycanla Ermənistan arasında hərhansı bir vasitəçiliyi mümkün deyil".

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 Fevral 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri